• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycanla Çexiyanı bir çox ortaq maraqlar birləşdirir

  

Azərbaycanla Çexiyanı bir çox ortaq maraqlar birləşdirir

Tarix : 29-04-2026, 11:42 Kateqoriya :---

Azərbaycanla Çexiyanı bir çox ortaq maraqlar birləşdirir

Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Bakı–Praqa münasibətlərində iqtisadi komponentin getdikcə daha ön plana çıxdığını göstərir. Siyasi dialoqun fəallaşması fonunda tərəflər artıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daha şaxələndirilmiş və dayanıqlı iqtisadi tərəfdaşlıq modelinə keçidi hədəfləyirlər. Mövcud rəqəmlər əməkdaşlığın dinamikasını aydın göstərir. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət tendensiyadır. Lakin bu göstəricinin strukturunda Azərbaycan neftinin dominant mövqeyi qalmaqdadır. Bu isə münasibətlərin iqtisadi baxımdan dərinləşdirilməsi üçün əsas çağırışı diversifikasiya zərurətini gündəmə gətirir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin yalnız həcmini deyil, struktur keyfiyyətini də yaxşılaşdırmaqdır. Bu kontekstdə Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və biznes-forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin dövlətlərarası səviyyədən biznes subyektləri səviyyəsinə keçidini sürətləndirən mühüm addımdır. Yeni təmasların qurulması və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyini göstərir. Sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və kənd təsərrüfatı kimi sahələr bu baxımdan prioritet istiqamətlər kimi çıxış edə bilər.
Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyi iqtisadi münasibətlərin strateji çərçivəsini formalaşdırır. Bununla yanaşı, Azərbaycan qazının Avropa bazarlarında genişlənən coğrafiyası hazırda 16 ölkəyə ixrac və onların 10-nun Avropa İttifaqı üzvü olması ölkəmizin enerji diplomatiyasının effektivliyini təsdiqləyir. Çexiyaya qonşu ölkələrə qaz tədarükü isə bu əməkdaşlığın regional təsir dairəsini genişləndirir. Diqqət çəkən əsas məqamlardan biri energetika əməkdaşlığının artıq ənənəvi ixrac–idxal modelindən çıxaraq daha geniş iqtisadi çərçivəyə inteqrasiya olunmasıdır. Tərəflər bu sahəni uzunmüddətli investisiya, texnologiya mübadiləsi və enerji təhlükəsizliyi kontekstində qiymətləndirirlər.
Bu yanaşma həm Azərbaycanın, həm də Çexiyanın iqtisadi maraqlarına cavab verir və əməkdaşlığı daha dayanıqlı edir. Müdafiə sənayesi də iqtisadi baxımdan perspektivli istiqamətlərdən biri kimi önə çıxır. Çexiyanın bu sahədəki texnoloji təcrübəsi və Azərbaycanın yerli istehsal potensialını artırmaq strategiyası qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Artıq təkcə məhsul tədarükü deyil, birgə istehsal və sənaye kooperasiyası istiqamətində konkret layihələrin müzakirə olunması iqtisadi əlaqələrin dərinləşdiyini göstərir. Bu, eyni zamanda sənayeləşmə və texnoloji inkişaf baxımından da mühüm əhəmiyyət daşıyır. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılaşma isə iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından vacibdir. Bu platforma vasitəsilə müxtəlif sektorlar üzrə layihələrin koordinasiyası və icrasının sürətləndirilməsi mümkün olacaq. Cənab Prezidentin bəyanatı göstərir ki, Azərbaycan–Çexiya iqtisadi münasibətləri enerji sektoruna əsaslanan modeldən daha geniş, çoxşaxəli və balanslı əməkdaşlıq formatına doğru transformasiya olunur. Mövcud siyasi iradə, artan biznes marağı və konkret layihə gündəliyi bu tərəfdaşlığın yaxın illərdə daha da genişlənəcəyini və yeni iqtisadi imkanlar yaradacağını deməyə əsas verir.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Səttar Möhbalıyev: "Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ  strateji tərəfdaşlıq və iqtisadi şaxələndirmənin perspektivləri"

    Səttar Möhbalıyev: "Azərbaycan–Çexiya ...

    28-04-2026, 09:51



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.