• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan–Çexiya münasibətləri inkişaf edir

  

Azərbaycan–Çexiya münasibətləri inkişaf edir

Tarix : 29-04-2026, 11:42 Kateqoriya :---

Azərbaycan–Çexiya münasibətləri inkişaf edir

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.
Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə yönəlib: “İki lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı xarakter daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edilib.
Bu bir reallıqdır ki, Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə sənaye, maşınqayırma, kimya, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar vardır. Çexiyanın qabaqcıl sənaye təcrübəsi ilə Azərbaycanın dinamik inkişaf edən iqtisadi mühiti arasında sinerjinin yaradılması hər iki tərəf üçün faydalı hesab olunur.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm hissəsini təşkil eedib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilib, ölkənin zəngin enerji resursları və tranzit imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə enerji resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında etibarlı və təhlükəsiz tranzit imkanları təqdim edərək strateji məkana çevrilib və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini gücləndirib. Andrey Babişin səfərinin isə qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni investisiya imkanlarının yaranmasına və əlaqələrin inkişafına təkan verəcəyi şübhə doğurmur.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.