• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan–Ukrayna əlaqələri yüksələn xətlə inkişaf edir

  

Azərbaycan–Ukrayna əlaqələri yüksələn xətlə inkişaf edir

Tarix : 28-04-2026, 11:42 Kateqoriya :---

Azərbaycan–Ukrayna əlaqələri yüksələn xətlə inkişaf edir

Prezident cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, xüsusilə iqtisadi müstəvidə də yeni mərhələyə keçdiyini göstərən mühüm mesajlarla zəngindir. Bəyanatda yer alan tezislər Azərbaycan–Ukrayna əməkdaşlığının strateji çərçivəsini təsdiqləməklə yanaşı, iqtisadi əlaqələrin dərinləşdirilməsinin prioritet istiqamətə çevrildiyini açıq şəkildə ortaya qoyur.
Ukrayna Prezidentinin səfəri çərçivəsində əməkdaşlığın bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Bildirildi ki, Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Ukraynalı həmkarı ilə mətbuata birgə bəyanatlarında enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər səfər çərçivəsində ətraflı müzakirə edildi. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var. Ölkələr arasında əlaqələrin inkişafında dövlətlərarası sənədlərin rolunu nəzərə alsaq məmnunluq hissi ilə qeyd edə bilərik ki, bu günədək Azərbaycan ilə Ukrayna arasında 160-dan artıq sənəd imzalanıb. Ukrayna Prezidenti mətbuata bəyanatında səfər zamanı 6 sənədin imzalandığını qeyd edərək onu da vurğuladı ki, heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq. Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın.
Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər həm siyasi dialoqun intensivləşdirilməsi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.