• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycan-Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır”

  

Kamaləddin Qafarov: “Azərbaycan-Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır”

Tarix : 27-04-2026, 12:39 Kateqoriya :---
Kamaləddin Qafarov: “Azərbaycan-Ukrayna münasibətləri strateji həmrəylik prinsiplərinə əsaslanır”
 
 “2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycan-Ukrayna münasibətlərinin siyasi arxitekturasını yaradıb.” 
 
Bu fikri  mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
        
 Onun fikrincə, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi isə bu əməkdaşlığı adi dövlətlərarası münasibətlərdən daha yüksək səviyyəyə qaldırır. “Bu baxımdan Ukrayna Prezidentinin aprelin 25-də Azərbaycana rəsmi səfəri təkcə praktiki əməkdaşlıq gündəliyi ilə deyil, münasibətlərin dərin siyasi fəlsəfəsi ilə də diqqət çəkdi. Bu fəlsəfənin mərkəzində isə qarşılıqlı etimad, suverenliyə hörmət və strateji həmrəylik dayanır.” 
        
Fikirlərini davam etdirən millət vəkili  bildirib ki, məhz qeyd olunan bu prinsipial xətt  ölkəmizin Prezident İlham Əliyev tərəfindən reallaşdırılan xarici  siyasətində ardıcıl şəkildə qorunur: “Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və etibarlı tərəfdaş kimi mövqelənməsi də dövlət başçısının ardıcıl həyata keçirdiyi bu kursun nəticəsidir. Bu gün bir çox dövlətlərin ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi də bununla bağlıdır. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, son dörd ildə Ukrayna lideri ilə yeddi görüşün keçirilməsi, sadəcə,  diplomatik statistika deyil. Bu, siyasi etimadın göstəricisidir. Münxendə keçirilən son görüşdən iki ay sonra Bakıda  yeni təmasın baş tutması əlaqələrin dinamik xarakterini nümayiş etdirir. Bu səfər həm də Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə dialoq və balans fəlsəfəsinin effektivliyini göstərdi. Azərbaycan heç vaxt  münasibətlərini mövcud  vəziyyətin  məhdud çərçivəsi daxilində qurmayıb. Məhz buna görə də bu gün Bakı etibarlı tərəfdaş, məsuliyyətli aktor və sözünün sahibi olan dövlət kimi qəbul edilir. Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcək əməkdaşlığın da əsas təminatıdır. Hökumətlərarası komissiyanın və xarici siyasət məsləhətləşmələrinin davamı ilə bağlı müzakirələr bunun institusional əsaslarının da möhkəmləndiyini göstərir. Nəticə etibarilə, Ukrayna liderinin ölkəmizə səfəri bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanın beynəlxalq nüfuzunu  gücləndirmir, eyni zamanda, bu nüfuzu konkret strateji tərəfdaşlıqlara çevirir. Bu isə müasir geosiyasi reallıqlarda Azərbaycanın mühüm üstünlüyüdür” .
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.