• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycanla Latviya arasında münasibətlər müstəqilliyimizin bərpasından sonra daha da möhkəmlənib

  

Azərbaycanla Latviya arasında münasibətlər müstəqilliyimizin bərpasından sonra daha da möhkəmlənib

Tarix : 24-04-2026, 11:10 Kateqoriya :---

Azərbaycanla Latviya arasında münasibətlər müstəqilliyimizin bərpasından sonra daha da möhkəmlənib


Azərbaycan və Latviya arasında 30 ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Bu mənada Latviya Prezidentinin Bakıya səfəri iki ölkə arasında iqtisadi, texnoloji və humanitar sahələrdə yeni prioritetlərin müəyyənləşməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyinin bərpasından sonra qurulan diplomatik təmaslar əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə daşıyıb. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlərin təməli 1994-cü ildə qoyulub.
Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin 1997-ci ildə NATO-nun Madrid sammiti çərçivəsində Latviyanın dövlət başçısı ilə keçirdiyi görüş gələcək inkişafın fundamental əsaslarını qoyub. Sonrakı dövrlərdə Riqadan yüksək rəsmilərin Bakıya səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. 2000-ci illərdən etibarən yeni dinamika qazanan Azərbaycan-Latviya əlaqələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində yüksək səviyyəyə qalxıb. Dövlətimizin başçısının 2017-ci ildə Latviyaya rəsmi səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirib.
Hazırda Azərbaycan və Latviya arasında siyasi dialoq yüksək səviyyədə irəliləyir. Latviya Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də Azərbaycana rəsmi səfəri çoxşaxəli münasibətlərimizin inkişafında yeni dövrün əsasının qoyulması kimi dəyərləndirilir. Səfər çərçivəsində Latviyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniştərkibli görüşlər keçirilib. Dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.
Latviyanın Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Sülh sazişinin bütün dünya üçün əhəmiyyətini bildirən Latviya prezidenti fikrini açıq şəkildə ifadə edib. Latviya beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. Hazırda Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesində bu ölkə konstruktiv səylərini davam etdirir. Riqanın Bakıya yönəlik kursu daim sabit qalıb və əlaqələrin səmimiyyəti ilbəil artıb.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.