• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan və Latviya arasında əməkdaşlıq güclənir

  

Azərbaycan və Latviya arasında əməkdaşlıq güclənir

Tarix : 24-04-2026, 11:08 Kateqoriya :---

Azərbaycan və Latviya arasında əməkdaşlıq güclənir

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Bu səfər, eyni zamanda, qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrimizin hazırkı səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir.
Ölkələrimiz arasındakı tarixən formalaşmış dostluq ənənələri bu gün də uğurla davam etdirilir, siyasi dialoq isə dinamik və konstruktiv xarakter daşıyır. Ötən illər ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, iqtisadiyyat, nəqliyyat, logistika, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq genişlənib. Bu münasibətlərin əsasını qarşılıqlı maraqların uzlaşdırılması və xalqlarımızın rifahına xidmət edən ortaq məqsədlər təşkil edir. Hazırda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi, “yaşıl enerji”, rəqəmsal transformasiya və nəqliyyat dəhlizləri kimi sahələr qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlərdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Latviyanın da maraqlarına cavab verir və bu platformalarda əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Latviya və Azərbaycan daim bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə dəstək göstəriblər. Bu prinsipial mövqe beynəlxalq hüquqa hörmətin bariz nümunəsi olmaqla yanaşı, ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirir. Qarşılıqlı dəstək və həmrəylik müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir və Azərbaycan-Latviya münasibətlərində bu amil aydın şəkildə özünü göstərir. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə aparılan müzakirələr, iki ölkə arasında imzalanmış sənədlər gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcək, tərəfdaşlığımıza yeni məzmun qazandıracaq. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək, həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda daha da genişlənəcək. Bu münasibətlər regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də öz töhfəsini verəcək.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (116)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.