• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib

  

Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib

Tarix : 24-04-2026, 11:00 Kateqoriya :---

Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında formalaşan siyasi və iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla davamlı inkişaf xətti üzrə irəliləyir. Hər iki ölkə fərqli coğrafi regionlarda yerləşməsinə baxmayaraq, strateji baxımdan bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir. Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq. Son dövrlərdə dövlət başçıları arasında təmasların intensivləşməsi siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında 5 mühüm sənəd mübadilə edilib.Öz növbəsində birgə mətbuat konfransında çıxış edən Latviya Prezidenti Edqars Rinkeviçs ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edərək bildirib ki, bu gün Bakıda keçiriləcək biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək. Azərbaycanın Cənubi Qafqazın qovşağı, Latviyanın isə Baltikyanı regionun mühüm liman mərkəzi olması bu tərəfdaşlığı qitələrarası miqyasda daha əhəmiyyətli edir. Məhz bu imkanlar Azərbaycan-Latviya əlaqələrinin sadəcə diplomatik deyil, həm də çoxşaxəli iqtisadi sütunlar üzərində möhkəmləndiyinin göstəricisidir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Şəlalə Səmədova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (118)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.