• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Zərifə xanım Azərbaycan gəncliyi üçün daim örnək olacaq”

  

Kamaləddin Qafarov: “Zərifə xanım Azərbaycan gəncliyi üçün daim örnək olacaq”

Tarix : Bu gün, 10:00 Kateqoriya :---
Kamaləddin Qafarov: “Zərifə xanım Azərbaycan gəncliyi üçün daim örnək olacaq”
 
“Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı tədqiqatlar və əldə etdiyi nəticələr Azərbaycan tibb elminin ən dəyərli səhifələrindən biri hesab olunur”.
 
Bunları Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
 
Deputat bildirib ki, onun şərəfli həyat yolu yalnız elmi uğurlarla deyil, həm də yüksək mənəvi dəyərlərlə səciyyələnir və hər bir həkim, alim üçün nümunə kimi qəbul edilir. “Zərifə Əliyeva oftalmologiyanın aktual problemləri üzrə geniş araşdırmalar aparmış, xüsusilə traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində mühüm xidmətlər göstərmişdir. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış bu xəstəlik ciddi fəsadlara, hətta korluğa səbəb olurdu. 1950-ci illərdə elmi fəaliyyətə başlayan Zərifə xanım praktik həkim fəaliyyəti ilə paralel şəkildə tədqiqatlarını davam etdirərək, traxomanın müalicəsi və profilaktikası üzrə sistemli araşdırmalar aparmışdır. Onun bu sahədə əldə etdiyi nəticələr 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmiş və tətbiq edilən müalicə üsulları ölkə üzrə geniş yayılaraq xəstəliyin qarşısının alınmasına mühüm töhfə vermişdir.”
 
K.Qafarov qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyəti təkcə elmi müstəvidə deyil, humanist dəyərlər baxımından da xüsusi əhəmiyyət daşıyır: “Zərifə xanım kimsəsiz uşaqlara qayğı göstərilməsi istiqamətində də mühüm işlər görüb, uşaq evlərində yayılan xəstəliklərin qarşısının alınmasına böyük diqqət ayırıb. Respublikanın müxtəlif bölgələrində aparılan araşdırmalar və həyata keçirilən müalicə-profilaktik tədbirlər onun genişmiqyaslı fəaliyyətinin tərkib hissəsi idi. Akademik tərəfindən aparılan uzunmüddətli müşahidələr və tədqiqatlar nəticəsində doktorluq dissertasiyası hazırlanmış və Moskvanın nüfuzlu elmi mərkəzlərindən birində uğurla müdafiə olunmuşdur. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, 1977-ci ildə tibb elmləri doktoru adına layiq görülmüşdür. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Eyni zamanda, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində mühüm rol oynayan, ailə dəyərlərinə sadiq, qayğıkeş və fədakar bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Anım gününü qeyd etdiyimiz Zərifə xanımın yüksək insani keyfiyyətləri, elmə və cəmiyyətə verdiyi töhfələr bu gün də müasir Azərbaycan gəncliyi üçün örnək təşkil edir” .
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (74)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.