• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

  

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

Tarix : Dünən, 15:39 Kateqoriya :---

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

Azərbaycan tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim,akademik Zərifə xanım Əliyeva öz zəngin elmi fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə tarixdə silinməz iz qoymuşdur.Onun həyat yolu və fəaliyyəti Azərbaycan səhiyyəsinə həsr olunmuş şərəfli bir ömür kimi qiymətləndirilir.
Zərifə Əliyeva oftalmologiya sahəsində böyük uğurlar əldə etmiş alim-oftalmoloq kimi tanınmışdır.O, traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində mühüm elmi tədqiqatlar aparmış, bu sahədə dəyərli nəticələr əldə etmişdir.Alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası ilə məhdudlaşmamış, ümumilikdə, oftalmologiya elminin müxtəlif istiqamətlərini əhatə etmişdir.Onun elmi araşdırmaları böyük tətbiqi əhəmiyyətə malik olmuş və praktik tibdə geniş istifadə edilmişdir.
Zərifə xanım Əliyeva uzun illər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərmiş, burada həkim kadrlarının hazırlanmasında mühüm rol oynamışdır. Milli kadr hazırlığı prosesində fəal iştirak edən alim gənc mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar inkişafına töhfə vermişdir.Onun tətbiq etdiyi müalicə metodları bütün respublika üzrə geniş yayılmış və uğurla istifadə olunmuşdur.
Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti nəticəsində Azərbaycanda oftalmologiya elmi daha da inkişaf etmiş , bu sahədə mühüm əsərlər ortaya çıxmışdır.Onun doktorluq dissertasiyası və digər elmi işləri tibb elminin inkişafına əhəmiyyətli təsir göstərmişdir.Alimin elmi nailiyyətləri yüksək qiymətləndirilmiş, o, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalmışdır.O, kimsəsiz uşaqlara qayğı göstərmiş, ictimai fəaliyyətlə də məşğul olmuşdur.Onun humanist yanaşması, insanlara olan sevgisi və qayğısı onu cəmiyyətin yaddaşında əbədi yaşadan əsas xüsusiyyətlərdəndir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında yüksək fikirlər səsləndirmiş,onu böyük ürəyə və nəcib keyfiyyətlərə malik şəxsiyyət kimi xarakterizə etmişdir. Prezident İlham Əliyev də onun həyat fəlsəfəsinin insanlara sevgi, qayğı və xeyirxahlıq üzərində qurulduğunu vurğulamışdır.
Bu gün akademik Zərifə Əliyevanın adı Azərbaycan səhiyyəsində böyük ehtiramla yad edilir.Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu böyük alimin irsini yaşadır və onun başladığı isi uğurla davam etdirir.Hər il qeyd olunan anım günü onun xatirəsinə olan hörmətin ifadəsi kimi mühüm əhəmiyyət daşıyır.
Nəticə olaraq qeyd etmək olar ki, akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş, öz elmi və mənəvi irsi ilə gələcək nəsillər üçün örnək olmuşdur. Onun həyat yolu və fəaliyyəti tam öyrənilməli və təbliğ olunmalıdır.

Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Sədaqət Cabbarova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (74)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.