• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri -Fotolar

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri -Fotolar

Tarix : 26-03-2026, 10:37 Kateqoriya :---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.

aia.az xəbər verir ki, tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.

Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.
Novruzun sevilən personajları - Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.

Bayram günlərində həmçinin AHİK-in sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.

Tədbirlərdə çıxış edən AHİK nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.

Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib. AHİK, qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub. İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ...

    21-03-2025, 17:09

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.