• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Regionun gələcəyi qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır”

  

Kamaləddin Qafarov: “Regionun gələcəyi qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır”

Tarix : 5-03-2026, 19:58 Kateqoriya :---

Kamaləddin Qafarov: “Regionun gələcəyi qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır”


“Martın 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına aid hava məkanında baş verən hadisə regionun təhlükəsizlik arxitekturasına vurulan açıq zərbə kimi qiymətləndirilməlidir.”

Bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, İran ərazisindən qalxan pilotsuz uçuş aparatlarının Naxçıvanın mülki obyektlərini – hava limanı terminalını və Şəkərabad kəndində məktəbin yaxınlığını hədəfə alması təkcə hərbi-siyasi mesaj deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə meydan oxumaqdır. “Mülki infrastrukturun vurulması heç bir halda “taktiki addım” kimi izah edilə bilməz. Bu, açıq şəkildə dinc əhaliyə risk yaradan davranışdır.”
Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın uzun illərdir regionda sabitliyin qorunmasına üstünlük verən xətt yürütdüyünü diqqət mərkəzinə gətirib: “Azərbaycanın ərazisindən nə İran, nə də başqa bir dövlət üçün təhlükə formalaşıb. Əksinə, çətin dönəmlərdə humanitar jestlər və siyasi dəstək nümunələri nümayiş etdirilib. Hətta bu günlərdə İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan Prezidenti dərhal başsağlığı vermiş, diplomatik nümayəndəliyə baş çəkmiş və humanitar yardım imkanlarını nəzərdən keçirmişdi. Bu faktların fonunda pilotsuz aparatların məhz mülki obyektlərə yönəlməsi siyasi riyakarlığın kulminasiya nöqtəsi kimi görünür. Burada diqqət çəkən əsas məqam hədəfin seçilməsidir. Hava limanı mülki vətəndaşların istifadə etdiyi obyekt olduğu üçün beynəlxalq humanitar hüquqa görə xüsusi qoruma altındadır. Məktəb ətrafına düşən dron isə potensial olaraq uşaqların həyatını təhlükəyə atıb. Bu, sırf hərbi obyektə qarşı deyil, cəmiyyətin özünə qarşı yönəlmiş davranış təsiri bağışlayır. Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Millət vəkili bildirib ki, belə addım regionda etimadı sarsıdır və təhlükəli presedent yaradır. İran rəhbərliyinin bu qərarı siyasi uzaqgörənlikdən daha çox daxili böhranların xaricə ixracı cəhdi kimi görünür. Mülki infrastruktura zərbə endirmək güc nümayişi deyil, əksinə, strateji zəifliyin göstəricisidir. Güclü dövlətlər hər zaman yalnız məsuliyyətli davranış sərgiləyirlər. Məsuliyyətsiz addımlar isə yalnız təcrid və beynəlxalq qınaq doğurur. Tarix göstərir ki, regionda sabitliyi pozmağa yönəlmiş hər addım gec-tez onu atan tərəfin özünə qarşı çevrilir. Bu baxımdan, İranın seçdiyi yol nə hüquqi, nə də siyasi baxımdan dayanıqlı görünür. Regionun gələcəyi qorxu və təhdid üzərində deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır. İran isə hazırkı davranışı ilə məhz bunun əksini nümayiş etdirir” .

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.