• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: Bakıdan enerji gündəliyinə Prezident İlham Əliyevin strateji baxışı

  

Səttar Möhbalıyev: Bakıdan enerji gündəliyinə Prezident İlham Əliyevin strateji baxışı

Tarix : 4-03-2026, 10:13 Kateqoriya :---

Səttar Möhbalıyev: Bakıdan enerji gündəliyinə   Prezident İlham Əliyevin strateji baxışı


Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin enerji siyasətinin cari nəticələrini, qarşıdakı strateji hədəfləri və qlobal enerji bazarındakı mövqeyini əhatəli şəkildə təqdim etdi. Dövlət başçısının çıxışı həm regional enerji təhlükəsizliyi, həm Avropa bazarındakı genişlənmə, həm də yaşıl keçid kontekstində Azərbaycanın rolunu daha aydın göstərdi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi artıq 12 ildir ki, enerji təhlükəsizliyi sahəsində çoxtərəfli əməkdaşlıq platforması kimi fəaliyyət göstərir. Cənab Prezident çıxışında təşəbbüsün davamlılığının və birgə qərar mexanizminin əhəmiyyətini xüsusi vurğuladı. Bildirdi ki: “12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.” Son bir ildə əsas diqqət qaz təchizatının coğrafiyasının genişlənməsinə yönəlib. Əgər ötən il Azərbaycan 12 ölkəyə qaz ixrac edirdisə, bu gün həmin rəqəm 16-ya çatıb. “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.” Bu fakt Azərbaycanın qlobal enerji xəritəsində strateji oyunçuya çevrildiyini göstərir. Dövlətimizin başçısı ixrac coğrafiyasının Avropadan kənara çıxmasının əhəmiyyətini xüsusi qeyd etdi. İlk dəfə olaraq Suriyaya qaz tədarükünün başlanması enerji diplomatiyasının yeni mərhələsidir. “İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.” 1,5 milyard kubmetr həcmində qaz tədarükü təkcə iqtisadi deyil, humanitar və regional sabitlik baxımından da əhəmiyyət daşıyır. Eyni zamanda, Almaniya və Avstriyaya qaz ixracının başlanması ilə artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Cənab Prezident bir vacib məqama da diqqət çəkdi: “Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir.” Bu isə yeni interkonnektorların və nəqliyyat infrastrukturunun genişləndirilməsini strateji zərurətə çevirir. Azərbaycan yaxın illərdə hasilatın ciddi şəkildə artacağını gözləyir. Ölkə Başçısı “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” və “Ümid” yataqları, eləcə də “Şahdəniz”in yeni mərhələsi barədə konkret planları açıqladı. Ümumilikdə əlavə 10-15 milyard kubmetr qaz hasilatı potensialı nəzərdə tutulur. Bu isə həm daxili tələbatın ödənilməsi, həm də ixracın artırılması üçün mühüm resurs bazası yaradır.

Millət vəkili onu da bildirib ki, cənab Prezident çıxışında enerji siyasətinin yalnız qaz və neftlə məhdudlaşmadığını xüsusi vurğuladı. 240 MVt gücündə külək stansiyası və 230 MVt gücündə günəş stansiyası artıq istismardadır. 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji istehsalı hədəflənir. “Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var.” Azərbaycanın yanaşması ideoloji deyil, praqmatikdir. Cənab Prezident bu mövqeni açıq şəkildə ifadə etdi: “Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız.” Bu yanaşma Azərbaycanın həm ənənəvi enerji mənbələrini, həm də bərpaolunan enerjini paralel inkişaf etdirmə strategiyasını təsdiqləyir. Çıxışda ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına, enerji kabelləri layihələrinə, hidroenerji potensialının artırılmasına və Türkiyə, Serbiya, İtaliyadakı enerji aktivlərinə də toxunuldu. Xüsusilə diqqətçəkən məqam Azərbaycanın artıq yalnız ixracatçı deyil, həm də xaricdə enerji aktivlərinə sahib olan investor ölkəyə çevrilməsidir. Türkiyədə 870 MVt-lıq elektrik stansiyasının alınması və Aralıq dənizi hövzəsində 22 milyon tonluq neftayırma potensialı bunun bariz nümunəsidir.
Nəticə olaraq deyə bilərəm ki, Enerji təhlükəsizliyində artıq Azərbaycan modeli var. Cənab Prezident İlham Əliyevin çıxışı bir neçə əsas tezisi ortaya qoydu: Şaxələndirmə həm istehsalçı, həm istehlakçı üçün vacibdir. İnfrastruktur genişlənmədən artım mümkün deyil. Qaz və yaşıl enerji paralel inkişaf etməlidir. Azərbaycan regional deyil, qlobal enerji oyunçusuna çevrilib. Bakı görüşü bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində yalnız resurs təminatçısı deyil, həm də strateji planlaşdırma və çoxtərəfli əməkdaşlıq platformasının aparıcı iştirakçısıdır. Enerji bazarının dəyişkən və geosiyasi risklərlə zəngin olduğu bir dövrdə Bakıdan verilən mesaj aydındır: praqmatizm, şaxələndirmə və uzunmüddətli strateji baxış-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Səttar Möhbalıyev: "Cənab Prezident İlham Əliyevin çıxışı həm tarixə işıq saldı, həm bu günün elmi reallıqlarını qiymətləndirdi, həm də gələcək üçün strateji hədəfləri müəyyənləşdirdi."

    Səttar Möhbalıyev: "Cənab Prezident İlham ...

    3-11-2025, 18:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.