• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Adəm İsmayıl Bakuvi: “Xocalı soyqırımı nəticələrinin xatirəsi daim Azərbaycan ictimai və siyasi gündəliyinin mərkəzindədir”

  

Adəm İsmayıl Bakuvi: “Xocalı soyqırımı nəticələrinin xatirəsi daim Azərbaycan ictimai və siyasi gündəliyinin mərkəzindədir”

Tarix : 25-02-2026, 12:11 Kateqoriya :---

Adəm İsmayıl Bakuvi: “Xocalı soyqırımı nəticələrinin xatirəsi daim Azərbaycan ictimai və siyasi gündəliyinin mərkəzindədir”


“Otuz dörd il bundan öncə Xocalı şəhərində baş verənlər Azərbaycan tarixinin ən faciəvi və beynəlxalq hüquq məcrasında dərindən təhlil olunmalı hadisələrindən biridir. Bu qətliam, keçmiş Qarabağ münaqişəsinin ən ağır fəsadlarından biri kimi dünya ictimaiyyətinin diqqətindədir və hüquqi, siyasi, tarixi baxımdan araşdırılır. Xocalı şəhəri 1991-ci ilin noyabrından başlayaraq Ermənistan silahlı qüvvələri ilə Qarabağdakı erməni hərbi birləşmələrinin blokadası altında qalmışdı. Şəhər elektrik, qaz və digər kommunal xidmətlərdən məhrum olmuş, blokada mülki əhalinin vəziyyətini kritik səviyyəyə gətirmişdi. 1992-ci il fevralın 25-dən 26-ya keçən gecə Erməni silahlı qüvvələri ilə birlikdə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayı Xocalıya hücum edərək şəhəri işğal etdi. Bu hücumun nəticəsi olaraq şəhərdən çıxmağa çalışan mülki Azərbaycan vətəndaşları ağır fiziki təzyiqlər və qətliamla qarşılaşdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri Beynəlxalq Hüquq və Genosid Müzakirələri baxımından bu faciənin yalnız münaqişə nəticəsi deyil, həm də etnik mənsubiyyətə görə dinc əhaliyə qarşı yönəlmiş cinayət aktı kimi qiymətləndirildiyini vurğulayıb: “Azərbaycan tam haqlı olaraq hadisəni genosid termini ilə səciyyələndirir. Məsələ bundadır ki, Xocalı hadisəsinin əsas elementləri o cümlədən, qırğının əvvəlcədən planlaşdırılmış olması, mülki əhaliyə qarşı törədilən zorakılıq, milli mənsubiyyət zəminində kütləvi ölüm hallarının törədilməsi 1948-ci il Genosid Konvensiyasının meyarlarına tam uyğundur. Qeyd olunmalıdır ki, beynəlxalq məhkəmə təcrübəsində belə halların qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Xocalı soyqırımı nəticələrinin xatirəsi daim Azərbaycan ictimai və siyasi gündəliyinin mərkəzindədir. Bu hadisəyə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi və genosidin universal qəbulu, yəni vahid və rəsmi şəkildə tanınması üçün diplomatik səylər bu gün də davam edir. Bir çox ölkə və beynəlxalq subyekt hadisəni ciddi insan hüquqları pozuntusu kimi sənədləşdirib və anma mərasimləri təşkil edir. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Eyni zamanda, Xocalı faciəsi Azərbaycanın dövlət siyasətində ədalət və hüquqi tanıma tələblərini gücləndirən konseptual mövzu olaraq qalır. Bu, münaqişənin tarixi köklərini və sülhün əldə olunması üçün lazım olan beynəlxalq hüquqi mexanizmlərin müzakirəsini gündəmə gətirir” – deyə, Adəm İsmayıl Bakuvi açıqlamasını başa çatdırıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Adəm İsmayıl Bakuvi: “Ana dilimiz – dövlət ideologiyasının əsas dayağıdır” -Fotolar

    Adəm İsmayıl Bakuvi: “Ana dilimiz – dövlət ...

    22-02-2026, 12:52

  • Adəm İsmayıl Bakuvi: "Prezidentin Əbu-Dabidən göndərdiyi siyasi mesajlar qlobal sülh gündəliyinin nəzəri doqmalardan praktiki müstəviyə keçidinə unikal imkanlar açır"

    Adəm İsmayıl Bakuvi: "Prezidentin ...

    5-02-2026, 19:11



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.