• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Xocalı soyqırımı zamanı törədilən vəhşiliklər insan ağlının qəbul edə bilməyəcəyi dərəcədə qəddar idi

  

Xocalı soyqırımı zamanı törədilən vəhşiliklər insan ağlının qəbul edə bilməyəcəyi dərəcədə qəddar idi

Tarix : 19-02-2026, 10:35 Kateqoriya :---

Xocalı soyqırımı zamanı törədilən vəhşiliklər insan ağlının qəbul edə bilməyəcəyi dərəcədə qəddar idi

XX əsrin sonlarında baş verən ən ağır humanitar fəlakətlərdən biri Xocalı Soyqırımıdır. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət, insanlığa qarşı yönəlmiş soyqırımı aktıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində həyata keçirilən kütləvi qırğın müasir dövrün ən qəddar hərbi cinayətlərindən biri kimi tarixə düşmüşdür.
Xocalı şəhəri Qarabağ bölgəsində mühüm strateji mövqeyə malik idi. Burada bölgənin yeganə hava limanı yerləşirdi. Şəhər həm hərbi, həm də nəqliyyat baxımından xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu səbəbdən Xocalı Ermənistan silahlı qüvvələrinin əsas hədəfinə çevrilmişdi.
1991-ci ilin sonlarından etibarən Xocalı şəhəri tam mühasirəyə alınmış, əhali elektrik, qaz, ərzaq və tibbi yardımdan məhrum edilmişdi. Şəhər faktiki olaraq humanitar blokada vəziyyətində yaşayırdı. Bu mühasirə sonradan həyata keçiriləcək soyqırımının ilkin mərhələsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya genişmiqyaslı hücum başlandı. Hücum ağır artilleriya, tanklar və zirehli texnikalar vasitəsilə həyata keçirildi. Şəhər tamamilə dağıdıldı, mülki əhali qaçmağa məcbur edildi. Lakin qaçan insanlar əvvəlcədən qurulmuş pusqulara düşdü və kütləvi şəkildə güllələndi. Qadınlar, uşaqlar, qocalar heç bir fərq qoyulmadan qətlə yetirildi. Bu fakt hücumun sırf hərbi əməliyyat deyil, məqsədli soyqırımı aktı olduğunu sübut edir.
Xocalı soyqırımı zamanı törədilən vəhşiliklər insan ağlının qəbul edə bilməyəcəyi dərəcədə qəddar idi. Meyitlərin üzərində aparılan müayinələr göstərirdi ki,insanların baş dərisi soyulmuş,gözləri çıxarılmış,hamilə qadınların qarnı süngü ilə yarılmış,uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Xocalı Soyqırımı zamanı törədilən cinayətlər təkcə kütləvi qətllərlə məhdudlaşmamış, eyni zamanda sistemli işgəncə, alçaldılma və psixoloji terrorla müşayiət olunmuşdur. Şahid ifadələri, beynəlxalq jurnalistlərin reportajları və tibbi ekspertiza sənədləri göstərir ki, Xocalıda baş verənlər planlı şəkildə həyata keçirilmiş insanlığa qarşı cinayət aktı idi.
Hücum gecəsi şəhər müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutulmuş, yaşayış evləri, məktəblər və sosial obyektlər dağıdılmışdır. Dinc əhali qaranlıq, şaxtalı hava şəraitində şəhəri tərk etməyə məcbur olmuşdur. Qaçan mülki şəxslər əvvəlcədən müəyyən edilmiş istiqamətlərdə pusquya salınmış, yaxın məsafədən avtomat silahlarla atəşə tutulmuşdur.
Bir çox hallarda insanlar ailə üzvlərinin gözü qarşısında qətlə yetirilmiş, valideynlər uşaqlarını, uşaqlar isə valideynlərini itirmişdir. Xüsusilə qeyd edilməlidir ki, qaçmağa çalışan yaralılar və hərəkət edə bilməyən şəxslər belə mərhəmət göstərilmədən öldürülmüşdür.
Bu əməllər 1948-ci il BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən soyqırımı cinayətinin bütün hüquqi əlamətlərini özündə birləşdirir.
Xocalı soyqırımı zamanı 1275 nəfər girov götürülmüşdür. Girovlar arasında qadınlar, uşaqlar və qocalar üstünlük təşkil edirdi. Girovluqda saxlanılan şəxslərin bir qismi sonradan ağır işgəncələr nəticəsində həyatını itirmiş, bir qismi isə dəyişdirilmə yolu ilə azad edilmişdir. 150 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır.
Şahid ifadələrinə əsasən, girov götürülənlər fiziki zorakılığa, aclığa, alçaldıcı rəftara və psixoloji təzyiqlərə məruz qalmışdır. Bu faktlar beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulduğunu göstərir.
Xocalı soyqırımı təkcə fiziki məhvetmə ilə nəticələnməmiş, eyni zamanda sağ qalan insanlar üçün ömürlük psixoloji travmalar yaratmışdır. Valideynlərini itirmiş uşaqlar, ailəsini itirən qadınlar, şahidi olduqları dəhşətlərdən sonra normal həyata qayıda bilməyən insanlar bu faciənin görünməyən, lakin ən ağır nəticələrindəndir.
Xocalıdan olan minlərlə insan uzun illər məcburi köçkün həyatı yaşamış, sosial-iqtisadi çətinliklərlə üz-üzə qalmışdır. Bu, soyqırımın uzunmüddətli sosial fəsadlarının bariz nümunəsidir
Bu günədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanımışdır. Lakin hələ də beynəlxalq hüquqi müstəvidə bu cinayətə tam siyasi-hüquqi qiymət verilməmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, günahkarların cəzalandırılması və beynəlxalq ədalətin bərqərar olunması Azərbaycan dövlətinin və xalqının əsas məqsədlərindən biri olaraq qalmaqdadır.

Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Vəliyeva

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən qanlı hadisəsidir

    31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən ...

    27-03-2025, 13:50

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21

  • Xocalı faciəsi bizə həm ağrını, həm də birlik, həmrəylik və vətənə sədaqət dərsini öyrətdi

    Xocalı faciəsi bizə həm ağrını, həm də birlik, ...

    19-02-2026, 10:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.