• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Yüksək səviyyəli siyasi dialoq davam edəcək

  

Yüksək səviyyəli siyasi dialoq davam edəcək

Tarix : 18-02-2026, 11:25 Kateqoriya :---

Yüksək səviyyəli siyasi dialoq davam edəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 fevral tarixində Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlıq və səmimi dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Prezident çıxışında qeyd etdi ki, Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir ki, davam edir, dövlət başçıları bir-birini yaxından tanıyır, səmimi söhbətlər aparır və bu əlaqələr şəxsi dostluq münasibətləri ilə daha da möhkəmlənir.
Dövlət başçısı vurğuladı ki, Serbiya xalqı bütün tarixi dövrlər ərzində öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmiş, bunun naminə ciddi qurbanlar vermişdir. Prezident İlham Əliyev bildirdi ki, Serbiyanın dövlətçilik ənənələrinə sadiqliyi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi Azərbaycan xalqı tərəfindən də böyük hörmətlə qarşılanır. O, Serbiya Prezidentinə müraciətlə qeyd etdi ki, onun dövlət başçısı kimi əsas prinsipinin dövlətçiliyi və dövlət maraqlarını hər şeydən üstün tutmaq olduğunu yaxşı bilir və yüksək qiymətləndirir.
Prezident İlham Əliyev Serbiyanın hazırkı inkişafını bu düzgün siyasi xəttin nəticəsi kimi səciyyələndirərək qeyd etdi ki, Serbiya bu gün beynəlxalq müstəvidə böyük hörmət qazanmış, eyni zamanda iqtisadi və sosial sahələrdə mühüm islahatlar həyata keçirmişdir. Onun sözlərinə görə, təbii sərvətləri məhdud olan bir ölkə olmasına baxmayaraq, Serbiya öz daxili imkanlarına arxalanaraq, heç bir yerdən yardım almadan, müstəqil şəkildə iqtisadi cəhətdən uğurla inkişaf edir. Prezident bunu xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə, Avropa məkanında yerləşən ölkə üçün xüsusi əhəmiyyət kəsb edən amil kimi qiymətləndirdi.
Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan və Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Onun fikrincə, bu siyasi iradə və liderlər arasında formalaşmış şəxsi dostluq iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Mehriban Hacıyeva

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.