• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik

  

Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik

Tarix : 17-02-2026, 12:05 Kateqoriya :---


azerbaycan-xalqi-qarsisinda-soylemek-isteyirem-ki

Fevralın 15-də gerçəkləşən səfər iki suveren dövlətin – öz gücünə arxalanan Azərbaycanın və siyasi iradəsini qorumağı bacaran Serbiyanın – strateji baxışlarının qovuşduğu bir mərhələnin təsdiqidir.


Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas xətt “dostluq” sözünün sentimental çalarından çox, “dövlət marağı” anlayışının rasional çərçivəsidir. Serbiyanın suverenlik uğrunda tarixi mübarizəsinə verilən qiymət, əslində, Azərbaycanın öz Zəfərsonrası siyasi fəlsəfəsinin də diplomatik ifadəsidir: bu, dövlət marağının öncəliyinin ifadəsidir.


Serbiya böyük təbii sərvətlərə malik olmayan, amma siyasi liderlik və iqtisadi islahatlarla inkişaf modelini qurmağı bacaran bir ölkədir. Azərbaycan isə enerji və geosiyasi imkanlarını strateji tərəfdaşlığa çevirərək Avropa məkanında yeni enerji arxitekturasının önəmli oyunçusuna çevrilib. Bu iki xətt Belqradda kəsişir, daha doğrusu, qovuşur. Energetika sahəsində işbirliyi – qaz ixracının artımı, birgə elektrik stansiyası layihəsi, 2032-cu ilə qədər əlavə 8 giqavat güc planı – artıq sırf iqtisadi çərçivəyə sığmır; bu, təhlükəsizlik və qarşılıqlı asılılıq modelidir. Bu, Balkanların Qafqaza uzanan yeni sinerjisidir.


Azərbaycan və Serbiya beynəlxalq platformlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu qarşılıqlılıq diplomatik etikadan çox, prinsipial mövqedir.


Azərbaycan Prezidenti İlham Əliyev bəyanatının son bölümündə qeyd etmişdir. “Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu”!


Göründüyü kimi, ürəkdən gələn bu sözlər iki xalqın siyasi iradəsinin və strateji tərəfdaşlığının şüarlaşmış formasıdır.


 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Səttar Möhbalıyev: "Azərbaycan–Serbiya tərəfdaşlığı yeni geosiyasi mərhələyə qətiyyətlə daxil oldu"

    Səttar Möhbalıyev: "Azərbaycan–Serbiya ...

    16-02-2026, 16:01

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Rövşən İsmayılov: Ulu Öndərin İşıqlı Yolu – Azərbaycanın Əbədiyyətə Yazılan Anım Günü

    Rövşən İsmayılov: Ulu Öndərin İşıqlı Yolu – ...

    9-12-2025, 00:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.