• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Adəm İsmayıl Bakuvi: “Azərbaycan–Serbiya tandemində enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, daha geniş Avropa kontekstində dəyərləndirilməlidir”

  

Adəm İsmayıl Bakuvi: “Azərbaycan–Serbiya tandemində enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, daha geniş Avropa kontekstində dəyərləndirilməlidir”

Tarix : 17-02-2026, 10:49 Kateqoriya :---

Adəm İsmayıl Bakuvi: “Azərbaycan–Serbiya tandemində enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, daha geniş Avropa kontekstində dəyərləndirilməlidir”

“Artıq uzun müddətdir ki, Avropada enerji təhlükəsizliyi problemi prioritet məsələ kimi gündəmdə qalır. Belə bir vaxtda Azərbaycan ilə Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası xüsusi geoiqtisadi məna daşıyır. Prezident İlham Əliyevin Belqraddakı çıxışında energetika sahəsinə geniş yer ayırması da göstərdi ki, tərəfdaşlığın əsas sütunlarından biri məhz enerji əməkdaşlığıdır və bu əməkdaşlıq artıq yeni mərhələyə daxil olur. Qeyd olundu ki, Azərbaycan Serbiyaya təbii qaz ixracına başlayıb və tərəflər ixracın həcmini artırmaq barədə qərar qəbul ediblər. Lakin məsələ yalnız qaz təchizatı ilə məhdudlaşmır. Dövlət başçısı əməkdaşlığın növbəti mərhələsini qazın elektrik enerjisinə çevrilməsi və bunun həm daxili bazar, həm də ixrac üçün istifadəsi kimi müəyyənləşdirdi. Bu yanaşma xammal tədarükündən yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidin göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri daha sonra bildirib ki, birgə inşa ediləcək elektrik stansiyası layihəsi də məhz seçilmiş strategiyanın praktiki təzahürüdür: “Cənab Prezident İlham Əliyev bu investisiyanı Azərbaycanın son illərdə Avropaya yönəlmiş əsas sərmayələrindən biri kimi xarakterizə etdi. Bu ifadə layihənin yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıdığını göstərir. Çünki xarici investisiya qərarı ilk növbədə qarşılıqlı etimada əsaslanır. Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması Belqradın investisiya mühitinə və uzunmüddətli sabitliyinə verilən yüksək qiymətdir. Energetika sahəsində əməkdaşlığın çoxşaxəli xarakter alması da diqqət çəkir. Dövlət başçısı Azərbaycanın hazırda 2 giqavatlıq ixrac potensialına malik olduğunu, 2032-ci ilə qədər isə əlavə 8 giqavat enerji gücü yaradılacağını vurğuladı. Bu, təkcə milli enerji balansının möhkəmləndirilməsi deyil, həm də Avropa bazarlarında Azərbaycanın rolunun artması deməkdir. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq Balkan regionunda yeni enerji qovşağının formalaşmasına töhfə verə bilər. Əlbəttə ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq perspektivləri xüsusi qeyd olundu. Azərbaycanın günəş və külək enerjisi layihələrinə geniş investisiyalar yatırması ixrac strukturunun şaxələndirilməsinə xidmət edir. Serbiya ilə bu istiqamətdə mümkün tərəfdaşlıq gələcəkdə “təmiz enerji”nin regional bazarlara çıxışını genişləndirə bilər. Enerji infrastrukturunun inkişafı məsələsi də strateji baxımdan əhəmiyyətlidir. Cənab Prezident vurğuladı ki, ixracın artması üçün yeni və genişhəcmli transmissiya imkanları yaradılmalıdır. Bu isə regional əməkdaşlığı qaçılmaz edir. Beləliklə, Azərbaycan–Serbiya tandemində enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, daha geniş Avropa kontekstində dəyərləndirilməlidir. Nəticə etibarilə, Belqraddakı görüş enerji diplomatiyasının daha yüksək mərhələyə keçdiyini nümayiş etdirdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.