• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

  

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

Tarix : 14-02-2026, 13:51 Kateqoriya :---

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir


Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkəmizin qarşıdakı mərhələdə inkişaf prioritetlərini müəyyənləşdirir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Son illər ərzində rəqəmsal infrastrukturun inkişafı, elektron xidmətlərin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Lakin qarşıdakı mərhələdə bu sahə artıq prioritetlər siyahısında ən ön sıralarda dayanır. Çünki rəqəmsal inkişaf yalnız texnologiya məsələsi deyil, həm də iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və insan kapitalının gücləndirilməsi deməkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: “Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”.
Cənab İlham Əliyev bir çox üstünlüklərimizin olduğunu, onlardan biri biri kimi coğrafi vəziyyətimizi qeyd etdi. “Bu, bizdən asılı olmayan üstünlükdür” söylədi və vurğuladı ki, ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub Dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafını təmin edən əsas faktorlardan biridir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı mühüm Dövlət proqramlarının uğurlu icrası ilə reallığa çevrildi. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də diqqətdədir, bu sahəyə investisiya axını sürətlənir. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayələrin 200 milyard dollar qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xarici sərmayələr qorunur. Bunu həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var: “30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.”
.
Rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından biri güclü enerji təminatıdır. Son 20 ildə Azərbaycanın enerji generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır. Qaz, su, Günəş və külək elektrik stansiyalarının fəaliyyəti ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac imkanlarını da genişləndirmişdir. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da iri data mərkəzlərinin və yüksək enerji tələb edən rəqəmsal infrastrukturların qurulması üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, yaşıl enerji layihələrinin icrası və bərpaolunan enerji sahəsində imzalanmış kontraktlar gələcəkdə generasiya gücünün daha da artacağını göstərir. Bu isə Azərbaycanı regionda rəqəmsal xidmətlər və məlumat emalı mərkəzi kimi mövqeləndirəcəkdir. Dövlətimizin başçısı müşavirədəki çıxışında qeyd edib ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır: “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”.
Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə imzaladığı strateji tərəfdaşlıq sənədləri də mühüm üstünlükdür. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə imzalanmış sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Bu tərəfdaşlıqlar xüsusilə süni intellekt, data mərkəzləri və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirir. Dünyanın aparıcı texnologiya şirkətlərinin səhmlərinin böyük qlobal fondların sərəncamında olması və həmin fondlarla Azərbaycanın sıx əməkdaşlığı yeni investisiya axınlarını təşviq edəcəkdir.
Prezident İlham Əliyev rəqəmsal transformasiyanın effektiv həyata keçirilməsi üçün dövlət qurumları arasında sıx koordinasiyanın vacibliyini vurğulamışdır. Pərakəndəliyin aradan qaldırılması, vahid fəaliyyət planının hazırlanması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əlaqələndirici rolunun gücləndirilməsi mühüm vəzifələr kimi müəyyən edilmişdir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması və müxtəlif qurumlar tərəfindən yaradılmış ayrı-ayrı tətbiqlərin tədricən inteqrasiyası vətəndaş məmnunluğunu artıracaq, şəffaflığı və operativliyi təmin edəcəkdir. Bu yanaşma həm idarəetmədə effektivliyi yüksəldəcək, həm də dövlət–vətəndaş münasibətlərini yeni mərhələyə daşıyacaqdır.
Rəqəmsal transformasiyanın uğuru insan kapitalından birbaşa asılıdır. Buna görə də ali təhsil müəssisələrində informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarına diqqət artırılacaq, xaricdə təhsil proqramları bu istiqamətə yönəldiləcəkdir. Süni intellektin dövlət idarəçiliyində tətbiqi qərar qəbuletmə prosesini daha dəqiq və səmərəli edəcəkdir. Dünyanın inkişaf etmiş ölkələrində artıq süni intellekt agentləri dövlət qulluqçularının gündəlik fəaliyyətinə dəstək verir. Azərbaycan da bu istiqamətdə qabaqcıl təcrübəni mənimsəyir.
Rəqəmsallaşma ilə paralel olaraq kibertəhlükəsizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalıb. Bu fakt bir daha göstərir ki, rəqəmsal mühitdə təhlükəsizlik prioritet istiqamətdir. Artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin işi gücləndirilir, kritik infrastrukturun qorunması və qabaqlayıcı mexanizmlər daha da təkmilləşdirilir. Rəqəmsal inkişaf yalnız təhlükəsizlik təmin edildiyi halda davamlı ola bilər.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Enerji, nəqliyyat və investisiya sahəsində əldə edilmiş uğurlar indi rəqəmsal transformasiya ilə tamamlanmalıdır. Süni intellekt, data mərkəzləri, fiber-optik bağlantılar və vahid rəqəmsal idarəetmə sistemi ölkənin uzunmüddətli dayanıqlı inkişafının mühüm dayaqlarına çevriləcəkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji potensialı, sabit investisiya mühiti və qlobal tərəfdaşlıqları sözügedən məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Qarşıdakı əsas vəzifə isə bu üstünlükləri vahid strateji plan çərçivəsində birləşdirərək ölkəni regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirməkdir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin publik hüquqi şəxs
İbtidai sinif müəllimi Rövşanə Cəfərova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir

    Nəqliyyat, energetika dəhlizləri gələcəkdə ...

    14-02-2026, 13:56

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

    Süni intellektin tətbiqi dövlət qurumlarında ...

    14-02-2026, 13:54



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.