• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilmişdir -Fotolar

  

“Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilmişdir -Fotolar

Tarix : 13-02-2026, 12:28 Kateqoriya :---

“Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilmişdir


10 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Rus İqtisad Məktəbində “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilmişdir. Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf istiqamətləri, innovativ təhsil modellərinin tətbiqi və bu iki sahənin qarşılıqlı əlaqəsinin elmi və praktik aspektləri geniş şəkildə müzakirə olunmuşdur.

Müzakirələr zamanı rəqəmsallaşmanın iqtisadi artıma təsiri, əmək bazarının transformasiyası, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Çıxış edənlər rəqəmsal transformasiya şəraitində insan kapitalının inkişafının və müasir təhsil yanaşmalarının tətbiqinin prioritet əhəmiyyət daşıdığını vurğulamışlar.

Dəyirmi masa çərçivəsində tədris prosesində və universitet idarəçiliyində süni intellektin tətbiqi, adaptiv təlim sistemləri, bulud texnologiyaları, təlim analitikası, tədris prosesinin planlaşdırılmasının optimallaşdırılması, kadr resurslarının idarə olunması, həmçinin rəqəmsal iqtisadiyyat və təhsil sahəsində kibertəhlükəsizlik məsələləri müzakirə edilmişdir. Eyni zamanda distant və onlayn təhsilin təhlükəsizliyi, rəqəmsal savadlılığın artırılması, insan faktoru və mühafizə sistemlərinin təkmilləşdirilməsi, eləcə də rəqəmsallaşmanın sosial-iqtisadi təsirləri üzrə fikir mübadiləsi aparılmışdır.

Beynəlxalq Dəyirmi Masada Azərbaycanla yanaşı Türkiyə, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, İtaliya və Finlandiyadan olan alimlər, tədqiqatçılar, təhsil mütəxəssisləri və biznes nümayəndələri iştirak etmişlər. Tədbir yerli və xarici ekspertlər, gənc tədqiqatçılar və akademik ictimaiyyət arasında elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm platforma olmuşdur.

Tədbirin yekununda irəli sürülən təklif və nəticələr ümumiləşdirilərək UNEC rəhbərliyinə təqdim olunması və dəyirmi masa materiallarının nəşrə hazırlanması qərara alınmışdır.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • “Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”

    “Savadlı ustalar ayda 5-10 min, ali təhsilli ...

    4-04-2025, 16:00

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.