• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar

Tarix : 9-02-2026, 09:56 Kateqoriya :---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, ittifaq üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, keçdiyi inkişaf yoluna nəzər salıb. 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun Konfederasiyanın formalaşmasında və həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm rolu qeyd olunub. 
Vurğulanıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir. Bunun nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyəti qeyd olunub.

Çıxışda AHİK-in işçi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, eləcə də gender bərabərliyi, gənclər, idman və təhsil sahələrində görülən işlər qeyd olunub. Bildirilib ki, AHİK tərəfindən son bir neçə il ərzində fəaliyyətin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sosial layihələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən layihələrin həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların fəallığının artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb.

Sonra həmkarlar hərəkatının tarxini özündə əks etdirən eləcə də, AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Həmkarlar ittifaqlarının veteran üzvü Leyla Acalova, Gənclər üçün Prezident mükafatıçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlarımız Ruslan Bağırov və Saleh Salahov çıxış edərək Konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs olmaqla yanaşı, gələcəyə doğru inkişaf yolunda mühüm motivasiya mənbəyi olduğunu qeyd ediblər. Çıxışlarda əldə olunan nailiyyətlərin davam etdirilməsinin, həmkarlar ittifaqı dəyərlərinin gələcək nəsillərə ötürülməsinin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda AHİK-in fəaliyyətində fərqlənən veteranlar, gənc həmkarlar və könüllülər Konfederasiya tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.