• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadanın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

  

Tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadanın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Tarix : 8-02-2026, 14:37 Kateqoriya :---


6 fevral 2026-cı ildə  Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadanın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Yubiley mərasimində tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri media nümayəndələri, eləcə də yubilyarın ailə üzvləri və yaxın dostları iştirak edirdi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıq elan edərək yubilyarı AYB rəhbərliyi və üzvləri adından təbrik edib. O, Hacı Qəni Camalzadanın çoxillik yaradıcılıq yolundan, onun əsərlərinin bu günkü və gələcək nəsillər üçün əhəmiyyətindən söz açıb. Daha sonra mərasimi aparmaq üçün söz tanınmış tənqidçi Əsəd Cahangirə verilib. Əsəd Cahangir çıxışında Hacı Qəni Camalzadanın yaradıcılığına geniş nəzər salaraq, yazıçının nəsrində mövzu zənginliyini, bədii düşüncə tərzini və milli-mənəvi dəyərlərə bağlılığını xüsusi vurğulayıb. Ardınca söz yubiley tədbirinin iştirakçılarına verilib. Tədbirdə Vaqif Yusifli, Elçin Hüseynbəyli, Zemfira Məhərrəmli, Güləmail Murad,  Sərvaz Hüseynoğlu, Şəfəq Sahibli,  Dayandur Sevgin, Elza Seyidcahan, Elşad Can Şamil, Arzu Nehrəmli və digər çıxışçılar Hacı Qəni Camalzadanın zəngin yaradıcılıq irsini yüksək qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən danışıblar. Çıxışlarda yazıçının əsərlərinin oxucu auditoriyasında yaratdığı təsir və ədəbi mühitə verdiyi töhfələr xüsusi qeyd olunub. Tədbir çərçivəsində Hacı Qəni Camalzadanın yubileyi münasibətilə nəşr olunmuş çoxcildlik “Seçilmiş əsərləri”nin də təqdimatı baş tutub. Toplu yazıçının uzun illər ərzində qələmə aldığı ən dəyərli nümunələri bir araya gətirməsi baxımından ədəbi hadisə kimi dəyərləndirilib. Tədbirin sonunda yubilyar Hacı Qəni Camalzadə tədbirin təşkilində əməyi keçənlərə və mərasim iştirakçılarına öz dərin təşəkkürünü bildirib. Yubiley mərasimi səmimi ədəbi müzakirələr, xatirə çıxışları və xoş ovqatla yadda qalıb.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.