• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşamağı öyrənmək mərhələsinə qədəm qoymuşdur

  

Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşamağı öyrənmək mərhələsinə qədəm qoymuşdur

Tarix : 6-02-2026, 17:37 Kateqoriya :---

Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşamağı öyrənmək mərhələsinə qədəm qoymuşdur

Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı müasir beynəlxalq münasibətlər kontekstində mühüm siyasi və mənəvi məna daşıyır. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək Azərbaycanın sülhə, dialoqa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Prezidentin vurğuladığı kimi, mərhum Şeyx Zayedin uzaqgörən siyasəti Birləşmiş Ərəb Əmirliklərini qısa müddətdə dünyanın ən sabit və firavan dövlətlərindən birinə çevirmişdir.Çıxışda Şeyx Məhəmməd bin Zayed Əl Nəhyənin atasının müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirməsi xüsusi qeyd edilmişdir. Bu gün BƏƏ milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı, müasirlik, tolerantlıq və multikulturalizm nümunəsi kimi çıxış edir. Bu model sülh və ahəngdar birgəyaşayışın mümkünlüyünü sübut edən canlı təcrübədir və bir çox ölkələr üçün örnək sayıla bilər.Prezident İlham Əliyev çıxışında dinlərarası dialoqun təşviqində mühüm rol oynayan beynəlxalq dini liderlərə – Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya minnətdarlığını bildirmişdir. Bu təşəbbüslər təkcə iki dövlət arasında deyil, bütövlükdə regionda sülhün möhkəmlənməsinə xidmət edir. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülhün artıq altı aydır ki, reallığa çevrilməsi tarixən müharibələr yaşamış region üçün yeni mərhələnin başlanğıcıdır.Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşü Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu görüşdən sonrakı altı ay əməkdaşlıq, qarşılıqlı etimad və dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi yadda qalmışdır. Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşamağı öyrənmək mərhələsinə qədəm qoymuşdur.2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Zirvə Görüşündə sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoymuşdur. Prezident Donald Trampın bu sənədlərə şahid qismində imza atması beynəlxalq ictimaiyyətin prosesə verdiyi dəstəyin açıq ifadəsi olmuşdur.Sülhün real nəticələri artıq praktik addımlarda özünü göstərməkdədir. Azərbaycan tərəfindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda yeni iqtisadi münasibətlər sisteminin formalaşdığını göstərir. Bu əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.Prezident İlham Əliyevin vurğuladığı əsas mesaj ondan ibarətdir ki, ən uzunmüddətli və ağrılı münaqişələr belə siyasi iradə, beynəlxalq dəstək və qarşılıqlı dialoq yolu ilə həll oluna bilər. Azərbaycan-Ermənistan sülh prosesi müharibə şəraitində olan digər regionlar üçün yol xəritəsi rolunu oynaya bilər.Çıxışın sonunda Əbu-Dabinin xüsusi simvolik məna daşıdığı qeyd edilmişdir. Məhz burada, Şeyx Məhəmmədin dəstəyi ilə sülhə dair son razılaşmalar əldə olunmuş, həmin razılaşmalar isə sonradan Vaşinqtonda rəsmiləşdirilmişdir. Bu fakt sülhün yalnız siyasi deyil, həm də mənəvi və tarixi dəyərə malik olduğunu göstərir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi Azərbaycan üçün təkcə diplomatik uğur deyil, eyni zamanda, sülh, əməkdaşlıq və insan qardaşlığı ideallarına sadiqliyin təsdiqidir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, sülh mümkündür və bu yol inam, iradə və qarşılıqlı hörmət üzərində qurulmalıdır.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta ümumtəhsil məktəbinin
ibtidai sinif müəllimi Ruhanə Yaqubova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezident İlham Əliyev Əbu-Dabidə: “Uzunmüddətli münaqişəyə baxmayaraq, sülh mümkündür”

    Prezident İlham Əliyev Əbu-Dabidə: “Uzunmüddətli ...

    6-02-2026, 17:26

  • Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir

    Şeyx Zayedin adını daşıyan bu mükafata layiq ...

    6-02-2026, 17:27

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Əbu-Dabidə tarixi mükafat

    Əbu-Dabidə tarixi mükafat ...

    6-02-2026, 17:42

  • Qlobal çağırışlara cavab vermək üçün ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin birgə məsuliyyəti zəruridir

    Qlobal çağırışlara cavab vermək üçün ayrı-ayrı ...

    6-02-2026, 17:29



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.