• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: "Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı regional sabitlik və qlobal əməkdaşlıq modelinə çevrilən siyasi xəttdir"

  

Səttar Möhbalıyev: "Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı regional sabitlik və qlobal əməkdaşlıq modelinə çevrilən siyasi xəttdir"

Tarix : 5-02-2026, 10:46 Kateqoriya :---

Səttar Möhbalıyev: "Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı regional sabitlik və qlobal əməkdaşlıq modelinə çevrilən siyasi xəttdir"


Azərbaycan Respublikasının son illərdə həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi etibarlı tərəfdaş, prinsipial mövqeyə malik siyasi aktor kimi beynəlxalq münasibətlər sistemində ön plana çıxarıb. Bu siyasətin mühüm istiqamətlərindən biri də ərəb dünyası ilə münasibətlərin yeni siyasi məzmunla zənginləşdirilməsidir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi strateji çəkiyə malikdir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan xarici siyasət xətti Azərbaycan–BƏƏ əlaqələrini klassik diplomatik münasibətlər müstəvisindən çıxararaq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Son illərdə qarşılıqlı səfərlərin intensivliyi, ali səviyyəli siyasi dialoqun davamlı xarakter alması və qəbul edilən qərarların praktiki icrası bu münasibətlərin təsadüfi deyil, məqsədyönlü və uzunmüddətli strategiyaya əsaslandığını göstərir. Cənab Prezident İlham Əliyevin fevralın 2-dən Birləşmiş Ərəb Əmirliklərinə etdiyi işgüzar səfər bu strateji xəttin ardıcıl davamı kimi dəyərləndirilməlidir. Əbu-Dabidə keçirilən yüksək səviyyəli görüşlər zamanı ikitərəfli münasibətlərin təkcə iqtisadi deyil, eyni zamanda siyasi, təhlükəsizlik və regional əməkdaşlıq kontekstində inkişaf etdiyi xüsusi vurğulandı. Azərbaycanın regional və qlobal proseslərdə artan rolu, BƏƏ-nin isə Yaxın Şərqdə sabitləşdirici aktor kimi çıxış etməsi bu tərəfdaşlığı geosiyasi baxımdan da əhəmiyyətli edir.

Millət vəkili qeyd edib ki, bu səfər çərçivəsində cənab Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı da xüsusi siyasi-ideoloji məna daşıyır. Bu mərasim Azərbaycan ilə BƏƏ arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, humanizm, dialoq, multikulturalizm və sülh dəyərlərinə əsaslandığını nümayiş etdirdi. Azərbaycanın fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayan ölkə kimi təqdim olunması c’nab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasətin mənəvi əsaslarının beynəlxalq miqyasda qəbul edildiyini göstərdi. Demək yerinə düşər ki, Azərbaycan–BƏƏ münasibətlərinin tarixi kökləri 1992-ci ilə dayansa da, bu əlaqələrin siyasi mahiyyətinin güclənməsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Qarşılıqlı hörmətə və suverenlik prinsipinə əsaslanan münasibətlər beynəlxalq platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək formatında özünü göstərdi. Bu siyasi etimad bu gün də cənab Prezident İlham Əliyevin liderliyi ilə daha da möhkəmləndirilir. Enerji sahəsində əməkdaşlıq Azərbaycan–BƏƏ münasibətlərinin mühüm dayaqlarından biri olsa da, bu əməkdaşlıq artıq sırf iqtisadi çərçivəni aşaraq siyasi-strateji xarakter alıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, eyni zamanda yaşıl enerji gündəliyinə verdiyi töhfələr ölkəmizi qlobal enerji diplomatiyasının əsas iştirakçılarından birinə çevirib. COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın məhz BƏƏ-də qəbul olunması da iki ölkə arasında yüksək siyasi etimadın bariz nümunəsidir.
Millət vəkili onu da deyib ki, hüquqi və institusional baza siyasi tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Cənub Qaz Dəhlizi” ilə bağlı razılaşma və müdafiə sahəsində əməkdaşlıq niyyətləri Azərbaycan–BƏƏ münasibətlərinin təhlükəsizlik müstəvisində də yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənədlər regionda sabitliyin və qarşılıqlı maraqlara əsaslanan təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir. Səfər çərçivəsində keçirilən “Sülh Qalxanı – 2026” birgə hərbi təlimi isə Azərbaycan və BƏƏ-nin terrorizmə və təhlükəsizlik təhdidlərinə qarşı ortaq mövqedən çıxış etdiyini nümayiş etdirdi. Diqqətçəkən məqamlardan biri də cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyi, normallaşma prosesini ikitərəfli əsasda və real nəticələr üzərində qurmaq istəyi bir daha təsdiqləndi. Bu, Azərbaycanın regional liderlik missiyasının və məsuliyyətli siyasi mövqeyinin göstəricisidir.

Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda regional sabitlik, qlobal əməkdaşlıq və yeni siyasi konfiqurasiyaların formalaşması baxımından mühüm model kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi bu tərəfdaşlığı uzunmüddətli və dayanıqlı əməkdaşlıq formatına çevirir, – deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.