• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Prezident İlham Əliyev ölkə gənclərini həmişə sabahın qurucuları kimi dəyərləndirib

  

Prezident İlham Əliyev ölkə gənclərini həmişə sabahın qurucuları kimi dəyərləndirib

Tarix : 2-02-2026, 11:24 Kateqoriya :---

Prezident İlham Əliyev ölkə gənclərini həmişə sabahın qurucuları kimi dəyərləndirib

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən hərc-mərclik, hakimiyyət böhranı, erməni işğalı və digər dağıdıcı proseslərin fonunda cəmiyyətimizdə səsləndirilən əksər neqativ sosial-iqtisadi çağırışlar, milli mənafeylərimizə zidd, hətta deyərdim, düşmən mövqeylərdən süni şəkildə Azərbaycana yeridilən çürük ideoloji dəyərlər ilk növbədə gənclərimizi təsir altına salmaq məqsədini güdürdü. Çünki gənc nəslin öz xalqının, öz dövlətinin milli-mənəvi dəyərlərinə biganəliyi vətənpərvərlik hissinin itirilməsini şərtləndirən ən başlıca amillərdən biridir. Vətənpərvər gəncliyin olmadığı dövlət isə heç zaman müstəqil, güclü ola bilməz. Məhz buna görə də Ümummilli Lider müstəqilliyimizin ilk illərində, xalqın tələbi ilə ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər edən möhtəşəm strategiya işləyib hazırladı və bu strategiya Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasını təmin etdi.
Bu gün artıq bütün dünya uzaq 90-cı illərdə ulu öndər Heydər Əliyevin atdığı mühüm addımların, verdiyi tarixi qərarların Azərbaycan üçün necə böyük əhəmiyyət kəsb etdiyini görür. Həmçinin Ümummilli Liderimizin əsasını qoyduğu və son 19 ildə Prezident İlham Əliyev tərəfindən inkişaf istiqamətiləri daim daha da təkmilləşdirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə
əvəzolunmaz töhfələrini verir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.
Gənclərimizin hərtərəfli inkişafının və onların karyera yüksəlişlərinin təmin olunması məqsədilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Bu gün artıq respublikanın 55 şəhər və rayonunda Mərkəzin nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti müstəsna rol oynayır.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.