• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan gənci ilə qürur duya bilərik

  

Azərbaycan gənci ilə qürur duya bilərik

Tarix : 2-02-2026, 11:22 Kateqoriya :---

Azərbaycan gənci ilə qürur duya bilərik

Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri üzrə öz nəticələrini verməkdədir. Əsası böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan bu siyasət müstəqilliyimizin ilk illərində gənclərin enerjisi və imkanlarının milli maraqlarımızın müdafiə olunmasına istiqamətləndirilməsi ilə başladı. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, Onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Çünki hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır və bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa, deməli, o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıq və diqqətlə davam etdirilir, Azərbaycan gənclərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, ölkəmizdə gənclərin yüksəkixtisaslı təhsil alması, özünüinkişafı və potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradılır. Gənclərlə bağlı dövlət proqramları və konsepsiyaların, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və çoxsaylı gənclər təşkilatlarının təqdirəlayiq fəaliyyəti nəticəsində Azərbaycanda müstəqillik illərində yüksək vətənpərvərliyi, dövlətimizə, milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlılığı ilə seçilən müasir və nümunəvi gənclər formalaşmışdır. Biz ona görə xoşbəxtik ki, bu yolun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri, Prezidenti gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib.
Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında zəngin, güclü Azərbaycanımızın bir qarışını da belə düşmənə verməmək üçün gənclər öz şücaətləri, milli ruhları, qəhrəmanlığı və fədakarlığı ilə Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Və bu gün Azərbaycan gənci olaraq igid, yenilməz, qalib Azərbaycan Ordumuzla fəxr edir, qürur duyuram. Çünki bu gün Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. Və bu gün Azərbaycan gəncləri belə qüdrətli, zəngin, dünyada söz sahibliyinə malik, ən əsası qalib ölkənin vətəndaşları olmaları ilə fəxr etməlidirlər. Bu nailiyyətləri bizə qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.