• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib -Fotolar

  

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib -Fotolar

Tarix : 2-02-2026, 09:29 Kateqoriya :---

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib.

Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində təşkil olunan tədbirdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqlarının gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyevin Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələrin gənclərin inkişafına və cəmiyyətdə rolunun artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq AHİK-in həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirləri də qeyd edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında ölkəmizdə gənclərin fiziki, mənəvi və sosial inkişafının təmin olunması məqsədilə həyata keçirilən dövlət proqramları və layihələrdən danışıb. Nazir müavini gənclərin sağlam həyat tərzinin təşviq olunmasının, idman infrastrukturlarının genişləndirilməsinin, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin edilməsinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərin inkişafında təhsilin strateji roluna toxunaraq bildirib ki, Azərbaycanın müasir təhsil sistemi gənclərin bilik və bacarıqlarının, yaradıcılıq qabiliyyətinin və peşəkar kadr potensialının formalaşmasına xidmət edir, onları məsuliyyətli vətəndaş kimi yetişməyə yönəldir.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə gənclərin təşəbbüslərinin stimullaşdırılması, onların sosial, innovativ və ictimai əhəmiyyət daşıyan ideyalarının layihələr vasitəsilə dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb, Fondun gənclərin fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına və onların cəmiyyətin müxtəlif sahələrində daha aktiv iştirakına verdiyi töhfəni qeyd edib.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra gənclər - “Uğur yolu” müsabiqəsinin qalibi, İqtisadiyyat Nazirliyinin İnsan resurslarının inkişafı şöbəsinin əməkdaşı Hüriyyə Məmmədova, 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi, Mərkəzi Bankın şöbə rəisi İlahə Baxışova Tahirli və Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Camo Əliyev çıxış edərək uğur hekayələrini iştirakçılarla bölüşüblər.

Sonra “Rəqəmsallaşma və innovasiyaların tətbiqində gənclərin rolu” mövzusunda panel müzakirə aparılıb.
Tədbir bədii hissə ilə davam edib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.