• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi

  

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi

Tarix : 22-01-2026, 15:22 Kateqoriya :---

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi


Hər bir dövlətin siyasi taleyini, gələcəyini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Azərbaycan xalqının, dövlətinin tarixində də belə vəziyyət XX əsrin son onilliyində yarandı və ulu öndər Heydər Əliyev uğurlu bir siyasətçi kimi Azərbaycanın müstəqil dövlət kimi öz yerini tutmasını təmin etdi. Hazırda bu uğurlu siyasəti cənab prezident İlham Əliyev layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan tam müstəqil, suveren bir dövlət kimi digər dövlətlər içərisində tanınır və seçilir.
Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan prezidenti İlham Əliyev dünyada öz sözünü deməkdədir. Hər ötən dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçərək tarixi nailiyyətlər qazanıb. Və bu nailiyyətlərin qazanılmasında uğurlu lider strategiyası amili başlıca rol oynayır. Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyevin prezidentlik fəaliyyəti ərzində apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
Məhz cənab prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və ölkəmizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi.
Cənab prezident İlham Əliyevin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca prinsipdir. Dövlət başçımızın müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin həllidir.
Cənab prezident İlham Əliyevin bu uğurlu siyasəti daim dünya miqyasında diqqətdədir. Son olaraq 20 yanvar 2026 – cı ildə Ümumdünya İqtisadi Forumu çərçivəsində Davosda keçirilən panel iclasda “Euronews” televiziyasına verdiyi müsahibədə də cənab prezident bu istiqamətdə verilən sualları cavablandırmışdır. Müsahibə zamanı cənab prezident ölkəmizin sülh və suveren şəraitdə olduğunu, Ermənistanla sülh müqaviləsinin paraflanmasından sonra dinc yaşayış təminatının yarandığını, iki ölkə arasında müəyyən iqtisadi əlaqələrin də yarandığını qeyd edib. Azərbaycandan neft məhsullarının Ermənistana təchizatı da buna misaldır. Müsahibə zamanı həmçinin cənab prezident strateji məqsədlərindən də söz açmış, əsas məqsədin dinclik və sabitlik olduğunu, ancaq bu yolla dövlətlərin inkişaf səviyyəsinə qalxa biləcəyini qeyd edib.

Zabrat qəsəbəsi,71 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə Sadiqova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.