• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » 20 Yanvar bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir

  

20 Yanvar bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir

Tarix : 19-01-2026, 12:22 Kateqoriya :---

20 Yanvar bütün dünyada Azərbaycan xalqına və onun tarixinə şərəf gətirir

20 Yanvar xalqımızın tarixində böyük bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı insanlar böyük bir imperiyanın ordusunun qarşısına qorxmadan, çəkinmədən, böyük bir cəsarətlə və heç bir təmənna güdmədən çıxdılar. Burada heç kim qəhrəman olmaq barədə düşünmürdü, sadəcə olaraq illərdir əsarətdə olan Vətən artıq öz müstəqilliyini istəyirdi. Çünki kifayət qədər də aydın şəkildə SSRİ-nin dağılacağı görünmürdü. Əgər bu görünsəydi bəlkə də Sovet rəhbərliyi də heç buna cəsarət etməzdi. 20 Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, milli oyanış tarixi oldu. Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş bu hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Qanlı Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını tamamilə sarsıtdı. Xalqın Sovet rejiminə, Komunist Pattrtiyasına inamı birdəfəlik məhv oldu, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Azərbaycan cəmiyyəti anladı ki, bu sistem azadlıq, ədalət və insan hüquqları ilə uzlaşmır. Faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada verdiyi bəyanat Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O, bütün təzyiqlərə baxmayaraq, Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, 20 Yanvarı hüquqa, demokratiyaya və humanizmə zidd cinayət adlandırdı. Bu mövqe xalqın səsini dünyaya çatdırdı və milli ümidləri diri saxladı.
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda, 1994-cü ildə isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarlarla Qanlı Yanvar totalitar rejimin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz kimi tanındı.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin ardıcıl siyasətinin tərkib hissəsidir. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” memorial kompleksi, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələri və əlillər üçün geniş sosial təminat mexanizmləri bunun bariz nümunəsidir. 20 Yanvar faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu gün biz həmin hadisələrə yalnız hüznlə deyil, həm də qürurla baxırıq. Çünki 20 Yanvar Azərbaycan xalqının sınmadığını, azadlıq naminə hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya sübut etdi. Şəhidlərimizin xatirəsi əbədidir, onların yolu isə müstəqil, güclü və suveren Azərbaycanla davam edir.
Vüqar Musayev - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.