• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi

  

Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi

Tarix : 19-01-2026, 12:20 Kateqoriya :---

Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi

20 Yanvar faciəsi Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mühüm tarixi mərhələdir. 1990-cı ilin yanvarında baş verən bu qanlı hadisə xalqımızın azadlıq, müstəqillik və milli özünüdərk yolunda həlledici dönüş nöqtəsi olmuşdur. Həmin gün xalq yalnız ağır itkilər verməmiş, eyni zamanda öz milli birliyini və gücünü dərk etmişdir.
20 Yanvar hadisələri azərbaycanlıların sovet ideologiyasından uzaqlaşaraq öz milli dəyərlərinə daha sıx bağlanmasına səbəb oldu. Bu faciə xalqın özünü vahid millət kimi tanımasına, ortaq tarix, dil, mədəniyyət və Vətən anlayışı ətrafında birləşməsinə güclü təsir göstərdi. Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi. Faciədən sonra cəmiyyətdə vətənpərvərlik hissləri gücləndi, azad və müstəqil dövlətə sahib olma ideyası ümummilli məqsədə çevrildi. İnsanlar anladılar ki, milli kimlik yalnız ad və mənsubiyyət deyil, həm də azadlıq uğrunda mübarizə, birlik və məsuliyyətdir. Bu baxımdan 20 Yanvar milli kimliyimizin ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı. Bu gün 20 Yanvar hadisələri gənc nəsildə milli mənsubiyyət hissinin aşılanmasında xüsusi əhəmiyyət daşıyır. Bu tarix gənclərə xalqımızın hansı çətinliklər bahasına müstəqillik qazandığını xatırladır və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarına xidmət edir.Nəticə etibarilə, 20 Yanvar faciəsi təkcə tarixi bir hadisə deyil, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, milli şüurun möhkəmlənməsində və müstəqil dövlətçilik ideyasının bərqərar olmasında mühüm rol oynayan əbədi bir dərsdir.


Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
müəllimi Lamiyə Alıyeva

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • 20 Yanvar faciəsində Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dövlət tərəfindən daim uca tutulur

    20 Yanvar faciəsində Azərbaycanın azadlığı və ...

    19-01-2026, 12:27

  • 20 Yanvar faciəsi xalqımızın birliyini və gücünü daha da dərk etməsinə səbəb olmuş, milli kimliyimizin möhkəmlənməsində tarixi rol oynamışdır

    20 Yanvar faciəsi xalqımızın birliyini və gücünü ...

    19-01-2026, 12:24



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.