• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür

  

Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür

Tarix : Dünən, 11:51 Kateqoriya :---

Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə çıxışında ölkəmiz üçün olduqca mühüm məsələlərə toxunub. İqlim dəyişikliyi dünyanın və ölkəmizin su ehtiyatlarına ciddi təsirini göstərir. Bu dəyişiklikliklər nəticəsində müxtəlif ölkələrdə çay, göl, buzlaqlarda suyun səviyyəsinin azalması və ya buzlaqların əriməsi nəticəsində suyun səviyyəsinin artması və nəticədə ətraf yaşayış məntəqələrinin suyun altında qalması məlum olmuşdur. Bu isə müəyyən müddətdən sonra əhalinin ərzaq qıtlığı ilə üzləşəcəyini göstərir. Orta çoxillik temperaturlar çoxillik normaya nisbətən artıb, çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb. Kür-Araz çaylarının mənsəbində və arid zonada yerləşən Azərbaycan üçün bu problem daha aktual və mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlamağın vacibliyini bildirir.
Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İşğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında suvarma sistemləri idarələri uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb. İşğalçı Ermənistanın vaxtilə ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi “Sərsəng” və “Suqovuşan” su anbarlarının yenidən nəzarətimiz altına alınmasının əhəmiyyəti ondan ibarətdir ki, işğalçının su terroru imkanına son qoyuldu. 30 il ərzində hərbi təcavüzlə yanaşı, siyasi və iqtisadi təzyiqlərə məruz qalan Azərbaycan bu gün daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işlərini aparır, eyni zamanda, regionların inkişaf proqramlarını da uğurla həyata keçirir.Bütün bu uğurlu islahatları görən hər bir azərbaycan vətəndaşı işıqlı gələcək naminə ictimai və dövlət maraqlarının qorunması məsələlərində mütləq şəkildə toplumun, dövlətin gələcəyini düşünməli , öz dəstək töhfəsini verməlidir.


Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədovala

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Yağış sularının idarə olunması Dövlət Proqramında şəhər təhlükəsizliyi və ekoloji dayanıqlıq baxımından xüsusi yer tutur

    Yağış sularının idarə olunması Dövlət Proqramında ...

    Dünən, 11:50

  • Yağış sularının idarəedilməsi problemi öz həllini tapacaq

    Yağış sularının idarəedilməsi problemi öz həllini ...

    Dünən, 12:02

  • Su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcək

    Su təchizatı və kanalizasiya sistemlərinin ...

    Dünən, 11:54

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.