• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Adəm İsmayıl Bakuvi: "Ölkəmizdə irimiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır"

  

Adəm İsmayıl Bakuvi: "Ölkəmizdə irimiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır"

Tarix : Dünən, 11:34 Kateqoriya :---

Adəm İsmayıl Bakuvi: "Ölkəmizdə irimiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır"

"Son iyirmi il ərzində həm Bakıda, həm də regionlarda genişmiqyaslı infrastruktur layihələri ardıcıl şəkildə icra olunub və bir neçə regional inkişaf proqramı qəbul edilib. Bu proqramlar ölkənin sosial-iqtisadi xəritəsini köklü şəkildə dəyişdirib, uzun illər yığılıb qalmış əsas infrastruktur problemlərinin həllini təmin edib. Məhz planlı və sistemli yanaşma nəticəsində bu gün Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Artıq dövlət siyasəti təkcə mövcud ehtiyacların qarşılanmasına deyil, gələcək çağırışların qabaqlanmasına, dayanıqlı və uzunmüddətli inkişafın təmin olunmasına yönəlib. Bakı və Abşeron üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması da bu baxımdan təsadüfi deyil və Prezident İlham Əliyevin strateji düşüncə tərzinin bariz nümunəsidir. Yanvarın 12-də dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə də Azərbaycanın son illər ərzində həyata keçirdiyi inkişaf modelinin məntiqi davamı kimi dəyərləndirilməlidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, cənab Prezidentin çıxışında qeyd olunan enerji təhlükəsizliyi məsələsi həyata keçirilən infrastruktur islahatlarının ən mühüm nəticələrindən biridir: “Bu gün Azərbaycanın enerji generasiya gücünün daxili tələbatdan artıq olması və elektrik enerjisinin ixrac edilməsi ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən əsas amillərdəndir. Vaxtilə enerji çatışmazlığı ilə üzləşən Azərbaycan indi təkcə regionda deyil, həm də qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Eyni zamanda, avtomobil yollarının, magistralların, kənd və şəhərlərarası yolların tikintisi ölkə miqyasında geniş vüsət alıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturu, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı və qazlaşma layihələrinin paralel şəkildə icra olunması həmin ərazilərin sürətlə dirçəlməsinə xidmət edir. Uzun illər işğal altında qalmış torpaqların vahid infrastruktur şəbəkəsinə qoşulması təkcə bərpa prosesi deyil, həm də ölkənin ərazi bütövlüyünün real iqtisadi və sosial məzmunla möhkəmləndirilməsidir. Müşavirədə xüsusi diqqət yetirilən əsas məsələlərdən biri də Bakı şəhəri və Abşeron yarımadasının içməli su problemləri olub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu problem uzun illərdir ki, ciddi narahatlıq doğurur və görülən işlərə baxmayaraq, hələ də köklü həllini tapmayıb. Məhz buna görə də dövlətimizin başçısı vaxtın yetişdiyini və genişmiqyaslı, müfəssəl Dövlət Proqramının qəbulunun zəruriliyini vurğuladı. Bakı şəhərini, onun ətraf qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək bu proqram paytaxt regionunun həyat keyfiyyətini yüksəltməklə yanaşı, urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri fonunda dayanıqlı su təminatının əsasını qoyacaq. Bu yanaşma göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət problemləri açıq şəkildə ortaya qoyaraq onların real və uzunmüddətli həll yollarını təklif edir. Bakı və Abşeron üzrə yeni Dövlət Proqramı da məhz bu məsuliyyətli və uzaqgörən idarəçilik siyasətinin növbəti mühüm təzahürü kimi qiymətləndirilməlidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Eltun Süleymanov: "Şəhərin taleyi sudan keçir-Bakı və Abşeron üçün qəti qərar"

    Eltun Süleymanov: "Şəhərin taleyi sudan ...

    13-01-2026, 11:07

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Adəm İsmayıl Bakuvi: “Bu gün dünya azərbaycanlılarının diaspor təşkilatlarının inkişaf etdirilməsi yüksək dinamika ilə həyata keçirilir”

    Adəm İsmayıl Bakuvi: “Bu gün dünya ...

    30-12-2025, 14:13



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.