• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə xidmət edəcək”

  

Kamaləddin Qafarov: “Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə xidmət edəcək”

Tarix : Dünən, 11:25 Kateqoriya :---

Kamaləddin Qafarov: “Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə xidmət edəcək”


“Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindən biridir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, dövlət başçısının vurğuladığı kimi, paytaxt və ətraf ərazilərin su problemlərinin həlli uzun illərdir icra olunan iri infrastruktur layihələri arasında xüsusi yer tutur. “Təsadüfi deyil ki, bu məsələ təkcə kommunal təminat məsələsi deyil, eyni zamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhər mühitinin sağlamlaşdırılması və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə içməli su və kanalizasiya problemləri insanların gündəlik həyatında ciddi çətinliklər yaradırdısa, bu gün ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin əksər şəhər və rayonlarında bu sahədə əsaslı dönüş əldə olunub. Cənab Prezident İlham Əliyevin çıxışı onu göstərir ki, dövlət bu prosesi yarımçıq hesab etmir və 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı ilə problemin kompleks, uzunmüddətli və davamlı həllini qarşıya məqsəd qoyur.”

Millət vəkili son 20 ildə həyata keçirilən genişmiqyaslı infrastruktur islahatalarının Azərbaycanın inkişaf modelinin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb: “Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, əldə olunan nəticələr, o cümlədən qazlaşma səviyyəsinin 96 faizə çatdırılması təkcə sosial rifah göstəricisi deyil, həm də ölkənin enerji müstəqilliyinin real ifadəsidir. Bir zamanlar daxili tələbatı ödəmək üçün qaz idxal edən Azərbaycan bu gün artıq ondan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Eyni yanaşma su təsərrüfatı sahəsində də özünü açıq şəkildə göstərir. “Taxtakörpü” və “Şəmkirçay” kimi iri su anbarlarının inşası, “Ceyranbatan” su anbarının tam yenidən qurulması Bakının və regionların su təhlükəsizliyini təmin edən həlledici addımlar olub. Əgər bu layihələr vaxtında icra edilməsəydi, bu gün paytaxtın və Qərb bölgəsinin su təchizatı ciddi risklərlə üz-üzə qala bilərdi. Dövlət başçısının çıxışında bu faktların xüsusi vurğulanması görülən işlərin miqyasını və strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Müşavirədə səsləndirilən əsas mesajlardan biri də ondan ibarətdir ki, dövlətin məqsədi təkcə mövcud problemləri aradan qaldırmaq deyil, gələcək çağırışlara hazır olmaqdır. Əhalinin, sənayenin və kənd təsərrüfatının dayanıqlı su ilə təmin olunması, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması və uçot sisteminin tam formalaşdırılması əsas prioritetlər sırasındadır. Bu yanaşma su ehtiyatlarının yalnız bugünkü tələbat üçün deyil, uzunmüddətli perspektivdə səmərəli idarə olunmasına xidmət edir. Mövsümi suların toplanması və ilboyu istifadəsinin planlaşdırılması isə iqlim dəyişiklikləri fonunda xüsusilə aktualdır. Beləliklə, Bakı və Abşeron üzrə nəzərdə tutulan Dövlət Proqramı sosial rifahın yüksəldilməsi ilə yanaşı, iqtisadi inkişafın, ekoloji tarazlığın və milli təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən uzaqgörən və məsuliyyətli dövlət siyasətinin növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Eltun Süleymanov: "Şəhərin taleyi sudan keçir-Bakı və Abşeron üçün qəti qərar"

    Eltun Süleymanov: "Şəhərin taleyi sudan ...

    13-01-2026, 11:07

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: "Su təhlükəsizliyi milli təhlükəsizlikdir və Prezident İlham Əliyevin Bakı, Abşeron üzrə strateji qərarı"

    Səttar Möhbalıyev: "Su təhlükəsizliyi milli ...

    13-01-2026, 10:38

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.