Fakt Sübut » Əsas infrastruktur məsələləri öz həllini tapmışdır

Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar və strateji yanaşmalar nəticəsində əsas infrastruktur məsələləri mərhələli şəkildə öz həllini tapmış, ölkənin dayanıqlı inkişafı üçün möhkəm təməl formalaşdırılmışdır. Xüsusilə su təhlükəsizliyi, su təchizatı və tullantı sularının idarə olunması sahəsində görülən sistemli işlər dövlətin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə su ehtiyatlarının qorunması və səmərəli istifadəsi milli təhlükəsizliyin tərkib hissəsi kimi müəyyən edilmiş, bu sahədə institusional və texnoloji yeniliklər ardıcıl şəkildə həyata keçirilmişdir. Qlobal iqlim dəyişikliklərinin yaratdığı risklər fonunda qəbul olunan qərarlar mövcud problemlərin operativ həlli ilə yanaşı, gələcək nəsillərin su təminatının etibarlı şəkildə qorunmasını da hədəfləyir. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenidən qurulması istiqamətində təsdiqlənmiş Dövlət Proqramı bu sahədə kompleks yanaşmanın bariz nümunəsidir.
2020-ci ildən etibarən su təsərrüfatının idarə olunmasında rəqəmsallaşmaya keçid, “Elektron su təsərrüfatı” informasiya sisteminin tətbiqi və vahid monitorinq mexanizmlərinin qurulması infrastrukturun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaratmışdır. Su itkilərinin azaldılması, real vaxt rejimində nəzarətin təmin olunması və resursların ədalətli bölgüsü artıq sistemli şəkildə həyata keçirilir. Bu isə su təminatında şəffaflığı və səmərəliliyi əhəmiyyətli dərəcədə artırmışdır.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yeni hidrotexniki qurğuların inşası ölkənin ümumi su balansının möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Su anbarlarının yenidən qurulması, magistral kanalların təmiri və müasir texnologiyaların tətbiqi həmin ərazilərdə həm kənd təsərrüfatının inkişafını, həm də əhalinin yaşayış şəraitinin yaxşılaşmasını təmin etmişdir. Bu layihələr regionların iqtisadi dirçəlişində əsas hərəkətverici amillərdən biri kimi çıxış edir.
2023-cü ildən etibarən su sektorunda vahid idarəetmə modelinin tətbiqi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması isə infrastrukturun idarə olunmasında pərakəndəliyi tam aradan qaldırmışdır. Paralel olaraq, ölkənin müxtəlif şəhər və rayonlarında içməli su xətlərinin çəkilməsi, kanalizasiya və yağış suları sistemlərinin yenilənməsi əhalinin sosial rifahına birbaşa təsir göstərən mühüm addımlar olmuşdur.
Həyata keçirilən ardıcıl islahatlar, böyük infrastruktur layihələri və innovativ yanaşmalar sayəsində Azərbaycanda əsas infrastruktur məsələləri artıq konseptual və praktik baxımdan öz həllini tapmışdır. Su təhlükəsizliyinin təmin olunması, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişafın gücləndirilməsi ölkənin gələcək inkişaf yolunu daha da möhkəmləndirir. Bu uğurlar Azərbaycanın regionda qabaqcıl və məsuliyyətli infrastruktur siyasəti həyata keçirən dövlət kimi mövqeyini daha da gücləndirməkdədir.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
27-08-2025, 23:56
29-08-2025, 10:02
26-04-2025, 14:36
12-05-2025, 12:26