• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Eltun Süleymanov: “Xızı-Abşeron” layihəsi Azərbaycanın enerji gələcəyinə açılan qapıdır

  

Eltun Süleymanov: “Xızı-Abşeron” layihəsi Azərbaycanın enerji gələcəyinə açılan qapıdır

Tarix : 9-01-2026, 10:29 Kateqoriya :---

Eltun Süleymanov: “Xızı-Abşeron” layihəsi Azərbaycanın enerji gələcəyinə açılan qapıdır


Yanvarın 8-də Bakının siyasi-mənəvi rəmzlərindən birinə çevrilmiş “Gülüstan” sarayında baş verən hadisə təkcə yeni bir enerji obyektinin açılışı deyildi. Bu mərasim müstəqil Azərbaycanın güclənən iqtisadi iradəsinin, etibarlı diplomatik mövqeyinin və qlobal enerji xəritəsində artan rolunun rəsmi təsdiqi idi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət strategiyasının real nəticəsi kimi tarixə düşdü.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Eltun Süleymanov onu da əlavə edib ki, cənab Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi fikirlər bu hadisəyə ideoloji məzmun, siyasi çəki və gələcəyə yönəlmiş aydın baxış qazandırdı. Dövlət başçısının vurğuladığı kimi, “Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür” – çünki bu gün Azərbaycan yalnız enerji istehsal etməyə başlamır, enerji siyasətini milli inkişaf fəlsəfəsinə çevirir. Dörd il əvvəl eyni məkanda bu layihənin təməl daşının qoyulması və bu gün artıq stansiyanın fəaliyyətə başlaması Azərbaycan dövlət idarəçiliyinin əsas üstünlüklərindən birini ardıcıllıq və məsuliyyət prinsipini aydın şəkildə ortaya qoyur. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, bu illər ərzində görülən işlər nəticəsində 240 meqavatlıq güc artıq ölkənin enerji sisteminə qoşulur və ümumi inkişaf prosesinə xidmət edir. Bu layihə “ACWA Power”in Azərbaycanda ilk bərpaolunan enerji təşəbbüsü olsa da, cənab Prezidentin açıq bəyanatı göstərir ki, bu yalnız başlanğıcdır. Şirkətin gələcək planlarının dövlət tərəfindən dəstəklənməsi Azərbaycanın yaşıl enerji gündəliyinə siyasi təminat verdiyini göstərir. Üstəlik, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji layihələrin də bu şirkət tərəfindən icra ediləcək olması əməkdaşlığın artıq enerjidən kənara çıxaraq həyat keyfiyyətinə yönəldiyini sübut edir. “Xızı-Abşeron” layihəsi beynəlxalq əməkdaşlığın klassik, lakin müasir modelini təqdim edir. Səudiyyə Ərəbistanının investisiyası, Çinin texnoloji və podratçı təcrübəsi, Azərbaycanın isə siyasi sabitliyi və hüquqi etibarlılığı. “Power China” şirkətinin bu layihədə iştirakı və gələcəkdə investor kimi çıxış edəcəyi perspektivi onu göstərir ki, Azərbaycan artıq beynəlxalq enerji şirkətləri üçün uzunmüddətli planların qurulduğu məkana çevrilib. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri də enerji təhlükəsizliyinə realist və rasional yanaşma idi. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı Azərbaycanın enerji strategiyasının əsas sütununu təşkil edir. Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq ənənəvi stansiya ilə yanaşı, günəş və külək stansiyalarının sürətlə artması göstərir ki, Azərbaycan təhlükəsizliyi riskə atmadan yaşıl transformasiyanı həyata keçirir. Bu gün ölkənin ümumi generasiya gücünün 10 min meqavata çatması tarixi nailiyyətdir. Cənab Prezidentin vurğuladığı kimi, bu göstərici yaxın illərdə daha da artacaq və Azərbaycanı elektrik enerjisi ixracında regionun əsas aktorlarından birinə çevirəcək.
Azərbaycanın hər bölgəsində bərpaolunan enerji istehsalının mümkün olması, Qaradağdan Xızıya, Abşerondan işğaldan azad edilmiş ərazilərə qədər yeni stansiyaların inşası dövlətin vahid enerji xəritəsi formalaşdırdığını göstərir. Xəzər dənizinin 157 giqavatlıq külək potensialı isə Azərbaycanın gələcəkdə Avrasiyanın enerji mərkəzlərindən birinə çevrilə biləcəyini açıq şəkildə ortaya qoyur. Cənab Prezident İlham Əliyevin maliyyə göstəricilərinə toxunması mərasimin siyasi mesajlarını daha da gücləndirdi. 300 milyard dollardan artıq cəlb edilmiş sərmayə, aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları Azərbaycanın iqtisadi müstəqilliyinin əsas dayaqlarıdır. Kredit reytinqinin yüksəldilməsi isə beynəlxalq maliyyə institutlarının bu reallığı qəbul etdiyini təsdiqləyir. Dövlət başçısının səsləndirdiyi prinsipial fikir– “Sözümüz imzamız qədər dəyərlidir”–Azərbaycanın investisiya siyasətinin qızıl qaydasıdır. Bu, xarici investor üçün ən etibarlı təminat, dövlət üçün isə siyasi reputasiya məsələsidir. Bərpaolunan enerjinin artması yeni mərhələni – enerji saxlanmasını zəruri edir. Tarixdə ilk dəfə yaradılan 250 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi Azərbaycanın artıq enerji idarəçiliyində yeni dövrə qədəm qoyduğunu göstərir. Süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə edilən çağırışlar isə Azərbaycanın enerjidən texnologiyaya keçid strategiyasının anonsudur.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan üçün enerji layihələri sadəcə iqtisadi obyekt deyil, milli gücün, beynəlxalq etibarın və gələcək vizyonun ifadəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu enerji xətti ölkəni təkcə işıqlandırmır, onu strateji baxımdan daha da gücləndirir. Bu gün Xızıdan, Abşerondan əsən külək təkcə turbinləri döndərmir.
Bu külək Azərbaycanın sabitliyini, etibarlılığını və gələcəyə inamını dünyaya daşıyır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Səttar Möhbalıyev: "Qlobal enerji təhlükəsizliyinin Azərbaycan modeli və “Xızı-Abşeron” stansiyası statistikadan strateji məkana doğru uğurlu yol keçdi"

    Səttar Möhbalıyev: "Qlobal enerji ...

    9-01-2026, 10:08

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: “Azərbaycan “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi ilə bir daha sübut etdi ki, qlobal enerji xəritəsində aparıcı söz sahiblərindən biridir”

    Səttar Möhbalıyev: “Azərbaycan “8 Noyabr” ...

    27-06-2025, 18:06

  • Eltun Süleymanov: “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə iqtisadi deyil, siyasi cəhətdən də dərin rəmzi olan bir hadisədir

    Eltun Süleymanov: “8 Noyabr” Elektrik ...

    25-06-2025, 10:29

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.