• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Prezident yerli kanallara müsahibəsində bir çox məsələlərə toxundu

  

Prezident yerli kanallara müsahibəsində bir çox məsələlərə toxundu

Tarix : 7-01-2026, 14:06 Kateqoriya :---

Prezident yerli kanallara müsahibəsində bir çox məsələlərə toxundu


Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində faktiki olaraq ötən dövrü bütün parametrlər üzrə qiymətləndirdi, habelə prioritetləri bəyan etdi. Əlbəttə, bir daha aydın oldu ki, Qarabağın bərpası, Qayıdış prosesi, Zəngəzur dəhlizi və ölkənin inkişafı, sosial-iqtisadi rifahın daha da yaxşılaşdırılması, təhlükəsizlik məsələləri əsas hədəflərdir. Bu yöndə atılacaq addımlar barədə dövlətimizin başçısı ətraflı məlumatlar verdi.
Qlobal siyasətlə, bu kontekstdə Azərbaycanın hədəfləri ilə bağlı cənab İlham Əliyev çox əhatəli danışdı, bütün istiqamətlər üzrə kifayət qədər açıq və net mesajlar verdi. Təbii ki, müvafiq ölkələr, təşkilatlar bundan özləri üçün nəticələr çıxarmalıdırlar.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev ölkə iqtisadiyyatının davamlı inkişafından, qeyri-neft sektorundakı artım dinamikasından, eləcə də ölkəmizin bərpaolunan enerji potensialından və bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bərpaolunan enerji mənbələrindən istifadə əlavə imkanlar yaradacaq. Belə ki, həm qaz, həm də elektrik enerjisinin ixracı artacaq. Bununla da ölkəmizin gəlirləri daha da yüksələcək. Ölkəmizin gəlirlərinin artmasına mühüm təsirlərdən biri də nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir. Zəngəzur dəhlizinin açılması bu sahədə böyük əhəmiyyətə malik olacaq. Eyni zamanda, Azərbaycanın zəngin turizm potensialı da vardır ki, bu sahənin daha da inkişafı ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Qarabağ və Şərqi Zəngəzur qeyd olunan sahələrdə ölkə iqtisadiyyatının davamlı inkişafında müstəsna əhəmiyyətə malikdir.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev cəmiyyətimizin hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə böyük yer ayırıb. Qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili və sosial ədalət prinsipi dayanır. Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bunun şahidi olmaq mümkündür. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət Azərbaycan dövlətinin gücləndirilməsinə və xalqımızın sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.