• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İdman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir

  

İdman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir

Tarix : 29-12-2025, 13:44 Kateqoriya :---

İdman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir

Azərbaycanın hərtərəfli inkişafı beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinə və roluna təsir göstərən mühüm amillərdəndir. Bu gün Azərbaycana hansı rakursdan baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin idman dövləti kimi qazandığı uğurlar da təqdirəlayiqdir. Dövlət başçımızın 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışı ölkə idmanının keçdiyi inkişaf yolunun, hazırkı dövrdə qarşıda dayanan vəzifələrin ümumi mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin Azərbaycanın beynəlxalq imicinə böyük təsir göstərdiyini əminliklə söyləyə bilərik. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada təqdimatıdır. Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına stimul olur.
Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Regionların inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks artıq inşa edilib. Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda reallaşan beynəlxalq forumlar, konfranslar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdığı üçün idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda, olimpiadalarda, oyunlarda iştirakçıların sayı ölkəmizə olan inamın, verilən yüksək dəyərin fonunda daha çox olur. Onlar Azərbaycanın uğurlarından heyrətlərini gizlədə bilmirlər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı Azərbaycan idmanının sistemli inkişafını, beynəlxalq arenada artan nüfuzunu və gələcəyə yönəlmiş strateji baxışını aydın şəkildə ortaya qoydu. Bu siyasət idmanı təkcə qələbələr mənbəyi deyil, eyni zamanda sağlam cəmiyyətin, güclü dövlətin və milli qürurun əsas sütunlarından birinə çevirir.
Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, idmançılarımız yeni-yeni naliyyətlər qazanacaq.
Alidə Aslanova-YAP Sbaunşu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • İdmana verilən dəyər gələcəkdə daha böyük nailiyyətlərin qazanılmasına yol açacaqdır

    İdmana verilən dəyər gələcəkdə daha böyük ...

    29-12-2025, 13:59



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.