• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “İdman sahəsində uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yüksək nəticələrə gətirib çıxarır”

  

Kamaləddin Qafarov: “İdman sahəsində uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yüksək nəticələrə gətirib çıxarır”

Tarix : 29-12-2025, 12:22 Kateqoriya :---

Kamaləddin Qafarov: “İdman sahəsində uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yüksək nəticələrə gətirib çıxarır”

“Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha göstərdi ki, idmanın inkişafı ölkəmizdə təsadüfi proses deyil, ardıcıl və strateji dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb və beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal əldə olunub. Bu göstəricilər təkcə statistik uğur deyil, eyni zamanda uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. İdmanın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır və idmanda əldə edilən nailiyyətlərin əsas ideoloji təməlini aydın şəkildə ifadə edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət başçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturunun yaradılması məsələsinə toxunması da təsadüfi deyil: “Cənab Prezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olar ki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığını xüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərin sayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafına verdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eyni zamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait var və bu amil kütləvi idmanın inkişafını stimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanın Azərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ən mötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medalların sayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmana marağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birini tamamlayır” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (92)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.