• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

  

Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

Tarix : 18-12-2025, 15:03 Kateqoriya :---

Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti bariz təzahürüdür”.

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, müasir dünyada güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, həm də insan hüquqlarına, ləyaqətinə və sosial ədalətə göstərilən münasibətlə ölçülür. “Bu təşəbbüs göstərir ki, Azərbaycan hüquqi dövlət modelini formalaşdırarkən milli maraqlarla yanaşı, beynəlxalq humanitar dəyərləri də əsas prinsip kimi qəbul edir. Amnistiya qərarı ilə dövlətin cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, hüquq sistemi cəza mexanizmi olmaqla yanaşı, eyni zamanda insanı islah etməyə, ona ikinci şans verməyə xidmət etməlidir.”

Millət vəkili vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirilir: “Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar real idarəetmə praktikası ilə tamamlanır, sosial yönümlü qərarlarla möhkəmləndirilir. Amnistiya təşəbbüsü bu baxımdan hüquqi mexanizmlərin insan taleyinə həssas münasibətinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sübut edir ki, qanunun aliliyi ilə insan amili bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır. Dövlət hüququ qoruyur, lakin onu vicdan və ədalət prinsipləri ilə icra edir. Xüsusilə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma ədalətin ən ali formasını ifadə edir. Bu yanaşma hüququn mexaniki tətbiqindən deyil, onun vicdanla icrasında ifadə olunan mahiyyətinin önə çəkilməsindən qaynaqlanır. Dövlət cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslərin taleyinə həssaslıqla yanaşaraq sosial ədalətin canlı nümunəsini ortaya qoyur. Bu amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də milli həmrəyliyi gücləndirən, cəmiyyətlə dövlət arasında mənəvi bağları möhkəmləndirən mühüm siyasi və humanist addımdır”

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Dövlət öz Konstitusiyasına söykənərək, qanunun aliliyini qorumaqla yanaşı, cəmiyyətin sağlamlaşmasına yönələn addımlar atır

    Dövlət öz Konstitusiyasına söykənərək, qanunun ...

    18-12-2025, 12:22

  • Azərbaycan dövlətçiliyi tarixən humanizm, ədalət və mərhəmət prinsiplərinə əsaslanmışdır

    Azərbaycan dövlətçiliyi tarixən humanizm, ədalət ...

    18-12-2025, 12:15



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.