• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: Amnistiya qanunun aliliyi fonunda dövlətin mərhəmət sözüdür

  

Səttar Möhbalıyev: Amnistiya qanunun aliliyi fonunda dövlətin mərhəmət sözüdür

Tarix : Dünən, 17:31 Kateqoriya :---

Səttar Möhbalıyev: Amnistiya qanunun aliliyi fonunda dövlətin mərhəmət sözüdür

Səttar Möhbalıyev: "Cənab Prezidentin irəli sürdüyü amnistiya təşəbbüsü Konstitusiyanın ruhuna, hüququn humanist mahiyyətinə uyğun olaraq formalaşdırılıb"

Tarixin elə məqamları var ki, dövlətlər yalnız qərar qəbul etmir, dövlətçilik iradəsini bəyan edirlər. Cənab Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü məhz belə bir tarixi-siyasi bəyanatdır. Bu təşəbbüs hüquqi mexanizm olmaqdan daha artıqdır. Bu, suverenliyini bərpa etmiş, Konstitusiyasını bütün ərazilərində tətbiq edən qalib dövlətin öz gücünə arxayınlıqla söylədiyi mərhəmət sözüdür.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu gün Azərbaycan Respublikasında qanun yalnız cəza aləti deyil, ədalətin, islahın və ictimai sabitliyin təminatçısıdır. Cənab Prezidentin irəli sürdüyü amnistiya təşəbbüsü Konstitusiyanın ruhuna, hüququn humanist mahiyyətinə və müasir dövlətçilik fəlsəfəsinə tam uyğun olaraq formalaşdırılıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təkcə siyasi və hərbi qələbə deyil, hüquqi sistemin bütövləşməsidir. Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tətbiqi ilə Azərbaycan yeni mərhələyə qədəm qoyub. Məhz bu mərhələdə amnistiya təşəbbüsünün gündəmə gətirilməsi hüququn qalib iradəyə tabe olmadığını, əksinə, qalib iradənin hüquqa sədaqətinin göstəricisi olduğunu təsdiqləyir. Bu təşəbbüs bir daha sübut edir ki, Azərbaycan dövləti gücləndikcə sərtləşmir, əksinə ədalətin humanist ölçülərini genişləndirir. Amnistiya aktının mahiyyətində hüquqi humanizm anlayışı dayanır. Dövlət cəzanı son məqsəd deyil, insanı islah edən vasitə kimi qəbul edir. Az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin çevikliyinin, müasirliyinin və sosial məsuliyyətinin bariz nümunəsidir. Xüsusilə vurğulanmalıdır ki, Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, əlillərə, qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma hüququn mexaniki tətbiqindən deyil, ədalətin vicdanla icrasından irəli gəlir.
Tarix sübut edir ki, zəif dövlətlər intiqamı seçir, güclü dövlətlər isə bağışlamağı bacarır. Cənab Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün təkcə hərbi və iqtisadi deyil, həm də mənəvi ölçülərlə ifadə olunduğunu nümayiş etdirir. Bu təşəbbüs cəmiyyətə ünvanlanmış açıq çağırışdır: dövlət cəmiyyətlə qarşıdurma yaratmır, əksinə onu bərpa edir, birləşdirir və gələcəyə yönəldir. Minlərlə ailə üçün bu qərar hüquqi akt olmaqla yanaşı, sosial barış və yeni başlanğıc imkanına çevrilir. Amnistiyanın miqyası təsadüfi deyil. 20 mindən çox şəxsi əhatə edəcək bu akt Azərbaycan dövlətinin öz vətəndaşına güvəndiyini, ictimai sabitliyi və milli birliyi strateji prioritet hesab etdiyini göstərir. Bu, daxili siyasətdə inamın, hüquqi dövlət modelinin və davamlı sabitliyin rəmzidir. Cənab Prezidentin bu təşəbbüsü həm də beynəlxalq müstəvidə açıq mesajdır: Azərbaycan qalib olsa da, aqressiv deyil, güclüdür, amma qisasçı deyil, prinsipialdır, lakin insani dəyərlərdən kənara çıxmır. Amnistiya elan olunması təşəbbüsü Azərbaycan dövlətçiliyinin yetkinlik mərhələsini əks etdirir. Burada hüquq sərt mexanizm kimi deyil, ədalət və vicdanla işləyən sistem kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq mərhəmətə, dövlət güvənə, cəza isə islah yoluna çevrilir. Bu, qalib Azərbaycanın öz tarixinə yazdığı yeni səhifədir, Qanunun aliliyinin fonunda insan talelərinə uzanan dövlət əlidir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Azərbaycan dövlətçiliyinin hüquqi təməli

    Azərbaycan dövlətçiliyinin hüquqi təməli ...

    12-11-2025, 14:53

  • Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin hüquq məktəbi, dövlətçiliyin təməl fəlsəfəsidir

    Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin hüquq ...

    12-11-2025, 10:50

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (59)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.