• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər

  

Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər

Tarix : 10-12-2025, 13:51 Kateqoriya :---

Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. İlk öncə sözə başlayan Slovakiya prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfərindən çox şad olduğunu vurğulayıb. Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərinin iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyini bildirib.
Prezident İlham Əliyev səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar zamanı Slovakiya və Azərbaycanın sözün əsl mənasında, dost ölkə və strateji tərəfdaş olduğunu bəyanatda bildirib.
Qeyd edildiyi kimi keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələri ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra hər iki ölkənin bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığını görürük. O həmçinin qeyd olunan bütün istiqamətlər üzrə müştərək komandaların fəal işlədiyini və birgə iqtisadi işçi qrupun öz fəaliyyətini genişləndirdiyini diqqətə çatdırıb.
“Qeyd edək ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı artıq 14-ə çatıb.Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.”-deyə prezident bəyanatda qeyd edib.
İki ölkə arasında perspektivli əməkdaşlıq sahəsindən biri müdafiə sənayesi sahəsidir. Bu sahədə əməkdaşlıq sənayenin inkişafı nöqteyi-nəzərindən görünür. Azərbaycan müharibə aparmaq fikrində deyil. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalıb və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Azərbaycan bu istiqamətdə konkret layihələr üzərində çalışır.
Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri də var idi.Bu kimi jestlər bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında, dost ölkələrdir.Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırsın. Prezident İlham Əliyev Slovakiyanın uğurlu inkişafından,ölkədəki sabitlikdən, iqtisadi inkişafdan,hökümətin apardığı müstəqil xarici siyasətdən məmnunluğunuda bəyanatda qeyd edib.
İlham Əliyev Azərbaycanın Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynadığını və Orta Dəhliz layihəsində fəal iştirak etdiyini bildirib.O həmçinin gələcək illərdə nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyindənvə Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymayacağından söz açıb.Ümumiyyətlə ,bir çox sahədə bundan sonra Slovakiya və Azərbaycan əməkdaşlığının daha da möhkəmlənəcəyini qeyd edib.
Sonda isə cənab prezidentə qonaqpərvərliyinə görə bir daha təşəkkürünü bildirib və Peter Pelleqrinini Azərbaycana səfərə dəvət edib.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Fəridə Seyidbəyli

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.