• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

  

Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Tarix : 10-12-2025, 13:35 Kateqoriya :---

Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Slovakiya Prezidentinin də qeyd etdiyi kimi, bu ölkə Azərbaycanı regionun ən böyük iqtisadiyyatı və enerji təhlükəsizliyində əsas ortaqlardan biri kimi görür. Bakı üçün isə Slovakiya Avropa İttifaqı daxilində həm enerji xəritəsinin şaxələndirilməsi, həm də nəqliyyat-logistika layihələrində yeni bağlantı imkanları təqdim edən mühüm tərəfdaşdır.
İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri formal siyasi dialoq səviyyəsindən çıxararaq, siyasi, iqtisadi, təhlükəsizlik və innovasiya sahələrində daha sistemli və praktiki əməkdaşlıq yolunu açıb. Bu bəyannamə çərçivəsində tərəflər bir-birinin maraqlarını dəstəkləyən, uzunmüddətli perspektivləri nəzərdə tutan fəaliyyət xətti müəyyənləşdiriblər. Hazırda əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Slovakiyanın müdafiə sənayesi üzrə inkişaf etmiş yüksək texnologiyalarının Azərbaycana transferi, həmçinin birgə istehsal sahələrinin yaradılması, müdafiə təyinatlı məhsulların üçüncü ölkələrə ixracı kimi məsələlər gündəlikdə duran əsas istiqamətlərdəndir. Bu, tərəfdaşlığın təkcə enerji və iqtisadi çərçivədə deyil, daha geniş təhlükəsizlik və sənaye ölçüsündə dərinləşdiyini göstərir.
Bundan başqa, nəqliyyat və tranzit əlaqələri, xüsusilə Orta Dəhliz kontekstində Slovakiyanın rolu getdikcə artır. "Rəqəmsal transformasiya", “ağıllı şəhər və kənd” layihələri, eləcə də təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq isə iki ölkənin cəmiyyətlərarası əlaqələrini də gücləndirir. Slovakiya universitetlərinin Azərbaycan tələbələri üçün yeni təqaüd proqramları təqdim etməsi və ikili diplom layihələrinin müzakirə olunması gələcək humanitar əlaqələrə də müsbət təsir göstərir. Bratislava görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan-Slovakiya münasibətləri təsadüfi yaxınlaşma deyil, qarşılıqlı ehtiyaclara, real maraqlara və uzunmüddətli strateji vizyona söykənən tərəfdaşlıq modelidir. Hər iki ölkə enerji təhlükəsizliyindən tutmuş müdafiə sənayesinə, rəqəmsal inkişafdan təhsil mübadiləsinə qədər geniş spektrdə qarşılıqlı fayda gətirən yeni layihələrə hazır olduqlarını nümayiş etdirir.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.