• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Eltun Süleymanov: "Azərbaycanın Avropa siyasətində Bratislava bəyanatı güc nümayişi və strateji mövqelərinin təsdiqi oldu "

  

Eltun Süleymanov: "Azərbaycanın Avropa siyasətində Bratislava bəyanatı güc nümayişi və strateji mövqelərinin təsdiqi oldu "

Tarix : 9-12-2025, 13:39 Kateqoriya :---

Eltun Süleymanov: "Azərbaycanın Avropa siyasətində Bratislava bəyanatı güc  nümayişi və strateji mövqelərinin təsdiqi oldu "

Bratislava diplomatiyası təkcə iki ölkənin qarşılıqlı münasibətlərinin deyil, bütövlükdə Avropadakı geosiyasi balansın mühüm məqamlarından birinə çevrildi. Cənab Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə birgə bəyanatı Azərbaycan diplomatiyasının hansı səviyyəyə yüksəldiyini, Avropa qitəsində Azərbaycanın sözünün hansı çəkidə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat həm siyasi siqnalların yönü, həm də Azərbaycanın öz strateji maraqlarını açıq və dəqiq ifadə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bratislava görüşü göstərdi ki, Azərbaycan artıq regiondaxili deyil, Avropa miqyasında proseslərə təsir edən aktordur.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cəab Prezident İlham Əliyevin sözlərinə görə, bu səfər iki ölkə əlaqələrinin tarixində yeni epoxanın başlanğıcıdır: “Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. İnanıram ki, əlaqələrimizə yeni dinamika qazandıracaq.” Burada ən mühüm nüans ondan ibarətdir ki, münasibətlər artıq formal çərçivələrdən çıxıb. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlət arasında siyasi iradənin təməl sənədinə çevrilib. Cənab Prezident İlham Əliyevin fikri ilə:
“Bu sənəd münasibətlərimizin ən yüksək səviyyəsini təsdiqləyir.” Bu, Azərbaycanın Avropada tərəfdaşlıq etdiyi ölkələr arasında Slovakiyaya xüsusi yer verdiyini göstərən siyasi göstəricidir. Bratislavada səsləndirilən bəyanatlarda enerji əməkdaşlığı xüsusi vurğulandı. Söhbət sadəcə təbii qaz tədarükündən yox, Avropa enerji arxitekturasının yenidən qurulmasından gedir. Cənab Prezident İlham Əliyevin dəqiq mesajı bunu təsdiqləyir: “Slovakiyanın ehtiyac duyduğu səviyyədə Azərbaycan enerji resursları təmin etməyə qadirdir.” Bu cümlə iki siyasi məna daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində vazkeçilməz aktordur. Azərbaycan qazı artıq 8 Avropa İttifaqı ölkəsinə gedir, Cənub Qaz Dəhlizi isə Avropanın enerji strategiyasının sütununa çevrilib. Slovakiyanın diversifikasiya siyasəti üçün Bakı əsas tərəfdaşdır. Bu isə Bratislavanın regionda enerji balansını yenidən qurmaq niyyətində olduğunu göstərir. Bu səslər təkcə iqtisadi ifadə deyil, geosiyasi mesajdır: Avropa Azərbaycanla işləməklə strateji risklərini azaldır. Bratislava bəyanatında ən çox diqqət çəkən xətt müdafiə sənayesi sahəsində əməkdaşlıq oldu. Azərbaycan ilk dəfə olaraq bu sahədə Slovakiya ilə genişmiqyaslı birgə istehsaldan danışdı. Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi: “Biz müharibə aparmaq niyyətində deyilik. Bizim məqsədimiz texnologiya ilə maliyyə imkanlarının sintezini yaratmaqdır.” Bu fikir siyasi baxımdan olduqca dəyərli mesajdır. Azərbaycan regionda sülh modelinin müəllifidir. Eyni zamanda, öz müdafiə sənayesini gücləndirməklə dövlət təhlükəsizliyini təkmilləşdirir. Slovakiya ilə əməkdaşlıq NATO standartlarına uyğun texnoloji xətt deməkdir. Bu sahədəki əməkdaşlıq təkcə iqtisadi gəlir deyil, Azərbaycanın Avropa müdafiə bazarına çıxışını genişləndirən siyasi addımdır. Cənab Prezident İlham Əliyevin bəyanatında ən strateji hissələrdən biri nəqliyyat və tranzit imkanları ilə bağlı idi. Bakı açıq şəkildə Avrasiya məkanının əsas logistik mərkəzi olduğunu nümayiş etdirdi. Cənab Prezident vurğuladı: “Bu gün Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır.” Bu bəyanatın siyasi alt xətti var. Orta Dəhliz – Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa marşrutu – dünyanın ən etibarlı və sürətli ticarət yollarından birinə çevrilir. Bu dəhlizin taleyində Azərbaycan əsas pay sahibi kimi çıxış edir. Slovakiyanın bu marşruta qoşulmaq marağı isə Avropa Mərkəzinin iqtisadi siyasətində yeni istiqamət formalaşdırır. Beləliklə, Bratislava görüşü Azərbaycanın tranzit diplomatiyasını Avropa səviyyəsində möhkəmləndirdi. Azərbaycan Prezidentinin bəyanatında rəqəmsallaşma və süni intellekt sahəsinə ayrılan diqqət ölkəmizin yeni dövrə keçdiyini göstərir. Cənab Prezident İlham Əliyev bildirib: “Azərbaycanda istifadə olunmayan enerji potensialı 2 giqatdır və beş il ərzində 8 giqata çatacaq.” Bu rəqəmlərin siyasi mənası isə belədir. Azərbaycan rəqəmsal iqtisadiyyatın enerji bazasını təmin etməyə hazırdır. Bu potensial Avropanın data mərkəzləri üçün alternativ məkan yaradır. Slovakiya ilə bu sahədə əməkdaşlıq Azərbaycanın texnoloji xəritəsini Avropa ilə birləşdirir. Bu, sırf iqtisadi proses deyil – Azərbaycanın texnoloji suverenliyinin möhkəmlənməsidir. Cənab Prezident İlham Əliyevin Slovakiyanın müstəqil qərarlarına verdiyi yüksək dəyər siyasi səviyyədə xüsusi əhəmiyyət daşıyır: “Siz müstəqil siyasət aparırsınız, çətinliklərlə üzləşsəniz də yolunuzdan dönmürsünüz.” Bu, Avropa daxilində siyasi təzyiq və ideoloji bloklaşmalar fonunda Slovakiyaya verilən açıq dəstəkdir. Azərbaycan bu bəyanatla göstərir ki, Bakı Avropada müstəqil qərar qəbul edən tərəfdaşlara yüksək hörmətlə yanaşır. Slovakiya ilə münasibətləri yalnız iqtisadi maraqlarla deyil, siyasi dəyərlərlə qiymətləndirir və iki ölkənin əməkdaşlığı qarşılıqlı suverenliyə əsaslanır. Bütün tərəfdaşlarla suverenlik və bərabərlik əsasında əməkdaşlıq Azərbaycan diplomatiyasının ən mühüm xəttidir. Bratislava bəyanatı Azərbaycanın Avropadakı yeni siyasi mövqeyini təsdiqlədi. 8 dekabr bəyanatı təkcə iki ölkə arasında sənədlərin müzakirəsi deyildi. Bu, Azərbaycanın Avropaya verdiyi strateji mesaj idi.
Cənab Prezident İlham Əliyevin Bratislava çıxışı Azərbaycanın qlobal siyasətdə artan çəkisinin və strateji vizionunun daha bir təsdiqi oldu. Bu bəyanat həm də göstərdi ki, Azərbaycan diplomatiyası regional təsirdən qlobal təsirə doğru yüksəlişini davam etdirir-deyə E.Süleymanov fikrini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Səttar Möhbalıyev: Bratislava Bəyanatı Azərbaycanın sarsılmaz İradəsinin və yeni Qafqaz siyasətinin qalib manifestidir

    Səttar Möhbalıyev: Bratislava Bəyanatı ...

    9-12-2025, 13:30

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.