• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub -Fotolar

  

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub -Fotolar

Tarix : 2-12-2025, 15:50 Kateqoriya :---

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) yaradılmasının 120 illiyinə həsr olunmuş “Həmkarlarla 120 il” tədbiri keçirilib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov həmkarlar ittifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı rolu barədə danışıb. Konfederasiya sədri dövlətimizin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb və bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə digər sahələrlə yanaşı, humanitar, sosial və mədəni sahələrin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.
Həmçinin Konfederasiya tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini qeyd edib, həmkarlar ittifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə çatdırıblar.

Tədbirdə Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu qeyd ediblər.

Yubiley çərçivəsində AHİK və MİHİ tərəfindən həyata keçirilən layihələr və yeniliklər barədə videotəqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.

Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib. “İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.

“Həmkarlarla 120 il” yubiley tədbiri MİHİ-nin ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.

Qeyd edək ki, MİHİ mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik fəaliyyətə malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” adı ilə fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların əmək hüquqlarının müdafiəsində mühüm rol oynayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • “Mirəşrəf Mirsultanov – Əsgərabad kəndində fədakarlığın, xidmətin və vətənpərvərliyin rəmzi”

    “Mirəşrəf Mirsultanov – Əsgərabad kəndində ...

    26-08-2025, 11:16

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.