• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “LS Academy” – hər zaman gənclərin yanında -Fotolar

  

“LS Academy” – hər zaman gənclərin yanında -Fotolar

Tarix : 26-11-2025, 17:25 Kateqoriya :---

“LS Academy” – hər zaman gənclərin yanında


23.11.2025-ci il tarixində “LS Academy”nin direktoru, bir neçə dövlət və digər uğurlu layihələrin rəhbəri olan Lalə Şirinzadə tərəfindən “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” mövzusunda ölkənin fəal gəncləri ilə yeni görüş keçirilib. Qeyd edək ki, “LS Academy" artıq bu kimi tədbirlərin təşkilində sözünü demiş, təşkilatçı şirkətlər və fəal gənclər arasında böyük hörmət və güvən qazanmışdır.

aia.az xəbər verir ki, tədbirin gedişində peşəkar jurnalist, Beynəlxalq Turan Təşkilatının və Beynəlxalq Narkotiklə Mübarizə Federasiyasının Azərbaycan təmsilçiliyinin rəhbəri Orxan Şahbazov, 50-dən çox elmi məqalənin, 500-dən çox ictimai-siyasi yazının müəllifi Fərid Mustafayev, “Yüceller Film Yapım” və “Türk Haber Ajansı”nın təsisçi direktoru Metin Yücel və AMEA Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış etmişlər.

Orxan Şahbazov Turan ideologiyasının təbliğat kampaniyasında gənclərin rolu, bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyət daşıyan məsələlər, həmçinin milli kimliyin qorunması mövzularında çıxış edib. Orxan bəy bu cür tədbirlərin gənclərin intellektual potensialının güclənməsində və sağlam ideoloji baza üzərində formalaşmasında böyük rol oynadığını bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə “LS Academy”nin rəhbəri Lalə Şirinzadəyə xüsusi təşəkkürünü ifadə edib.

Fərid Mustafayev Həmkarlar İttifaqının üzvüdür və hazırda Ulu Öndər Heydər Əliyevin həyatına həsr olunmuş elmi-ictimai-siyasi kitab üzərində işləyir. Fərid bəy gənclərlə və ictimaiyyətlə fəal iş aparır. “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” tədbirində sözçü qismində çıxış etməyin onun üçün şərəf olduğunu vurğulayan Fərid bəy tədbirin yüksək səviyyədə təşkilindən danışıb. Elm, milli dəyərlər, ictimai fəaliyyət və gənclər siyasətinin inkişaf mərhələləri barədə çıxışlar edən Fərid Mustafayev sual-cavab sessiyasında gənclərin fəallığının yüksək olduğunu qeyd edib. O, belə tədbirlərin fəal gənclərin tanıdılmasında mühüm rol oynadığını deyərək, təşkilatçı Lalə xanım Şirinzadəyə və “LS Academy”nin bütün peşəkar kollektivinə dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Metin Yücel tədbirdə Türk Dünyasının ideoloji birliyi, regional əlaqələrin inkişafı və birgə elmi-mədəni layihələrin əhəmiyyəti barədə fikirlər səsləndirib. Film istedadı olan gəncləri “LS Academy”nin rəhbərliyi ilə keçiriləcək açıq seçimlərə dəvət edib. Türk sözçü qonağımız “LS Academy”nin rəhbərliyini, xüsusilə də Lalə xanım Şirinzadəni bu fəaliyyətlərinə görə təbrik edib və gələcəkdə daha sıx əməkdaşlıq təklif edib.

Sübhan Talıblı 2 kitabın, 22 fənn proqramının və 120-dən çox elmi tezis və məqalənin müəllifidir. Bir neçə ölkədə təşkil olunmuş beynəlxalq elmi konfranslarda ölkəmizi təmsil edib. “Gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi” tədbirində sözçü kimi çıxış etməsindən xüsusi qürur duyduğunu bildirən Sübhan Talıblı, vətənpərvər və öz ixtisasında peşəkar olan gənclərlə fikir mübadiləsinin yüksək səviyyədə olduğunu qeyd edib. O, bu cür fəal gəncləri bir araya gətirdiyinə və onların potensialını üzə çıxarmağa şərait yaratdığına görə “LS Academy”yə, xüsusən də təşkilatçı Lalə xanıma dərin minnətdarlığını ifadə edib.

Biz də öz növbəmizdə Lalə xanım Şirinzadəyə bu cür tədbirlər və layihələr təşkil etdiyinə, özü də gənc olmasına baxmayaraq gənclərin inkişafında böyük rol oynadığına, hər zaman onların yanında durduğuna, bacarıqlarını dəyərləndirərək üzə çıxardığına və onlara peşələrinə uyğun dəstək göstərdiyinə görə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində daha böyük uğur və nailiyyətlər arzulayırıq.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Lalə Şirinzadə LS Academy Təlim, Tədris və Sertifikatlaşdırma Mərkəzinə direktor təyin olunub -Fotolar

    Lalə Şirinzadə LS Academy Təlim, Tədris və ...

    20-11-2025, 12:58

  • “LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi -Fotolar

    “LS Academy” növbəti layihəsini uğurla həyata ...

    23-11-2025, 20:52

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Misgər Məmmədov: Akademik Peşəkarlıq, İnsanpərvərlik və Liderliyin Nümunəsi

    Misgər Məmmədov: Akademik Peşəkarlıq, ...

    16-11-2025, 21:55



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.