• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ağdam “Qafqazın Xirosiması”na çevrilmişdir

  

Ağdam “Qafqazın Xirosiması”na çevrilmişdir

Tarix : 21-11-2025, 15:46 Kateqoriya :---

Ağdam “Qafqazın Xirosiması”na çevrilmişdir

Azərbaycan tarixində Ağdam adı həm ağrının, həm də yenidən doğuluşun rəmzinə çevrilib. Uzun illər işğal altında qalan bu qədim diyar düşmənin vandalizm siyasətinin ən dəhşətli izlərini daşıyırdı. Qarabağın incisi olan Ağdam işğal illərində tamamilə yerlə-yeksan edilmiş, şəhər “Qafqazın Xirosiması” adını almışdı. Əgər Xirosima atom bombasının dağıdıcı gücünün qurbanı olmuşdusa, Ağdam düşmən barbarlığının, etnik nifrətin və mədəni soyqırımın qurbanına çevrilmişdi. Min illik tarix, abidələr, qəbiristanlıqlar, məscidlər, muzeylər – hamısı məqsədli şəkildə məhv edilmişdi. Bu, sadəcə torpağa deyil, bir xalqın yaddaşına vurulan yara idi. Amma bu dağıntıların içindən dirçəliş doğuldu. Azərbaycan xalqı öz lideri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Ağdamın da azadlığına yol açdı.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. İşğaldan azad olunmuş Ağdamda dərhal bərpa planı hazırlandı. Dövlət başçısı ilk gündən bəyan etdi: “Ağdam yenidən qurulacaq, buraya həyat qayıdacaq.” Bu sözlər təkcə siyasi bəyanat deyildi, bir millətin yaddaşının dirçəldilməsi, mənəvi intiqamın alınması idi. Ağdam indi müasir şəhərsalma konsepsiyasına əsaslanan, “ağıllı şəhər” prinsipləri ilə inşa olunan yeni bir mərkəzə çevrilir. Burada “Ağdam şəhərinin Baş Planı” təkcə infrastrukturun deyil, həm də milli kimliyin, mədəni dəyərlərin bərpası konsepsiyasını özündə ehtiva edir. Müasir məktəblər, yaşayış binaları, mədəniyyət mərkəzləri, yollar və parklar – hamısı Azərbaycanın yenidənqurma iradəsinin göstəricisidir. Ağdamın dirçəlişi sadəcə tikinti prosesi deyil, milli mənəviyyatın, xalqın ruhunun oyanışıdır. Ağdam Cümə Məscidinin bərpası, “Qarabağ” muzeyinin yenidən qurulması, “Qarabağ xanlarının yurdu” konsepsiyası çərçivəsində mədəni irsin canlandırılması bu şəhəri yenidən Azərbaycanın mədəni mərkəzinə çevirir.
Bir zamanlar “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün həyatla doludur. Geri dönən sakinlərin gülüşü, ucalan binalar, açılan məktəblərin zəngi bu torpağın yenidən doğulduğunun sübutudur. Cənab Prezident İlham Əliyevin Ağdama səfərləri təkcə dövlət başçısının iş qrafikindəki növbəti dayanacaqlar deyil, simvolik və tarixi əhəmiyyət daşıyan hadisələrdir. O, Ağdamda hər dəfə yeni bir inşaat mərhələsinin əsasını qoyur, xalqla görüşür, gələcək inkişaf hədəflərini müəyyənləşdirir. 2021-ci il mayın 28-də – Müstəqillik Günündə cənab Prezidentin Ağdama səfəri xüsusi mənəvi məna daşıyırdı. Həmin gün dövlət başçısı şəhərin təməlini qoydu və dedi: “Biz bu torpaqlarda həyat quracağıq, burada hər daş, hər bina millətimizin qürur simvoluna çevriləcək.”
Sonrakı səfərlərdə isə o, “Ağdam Sənaye Parkı”nın açılışını etdi, yeni yaşayış komplekslərinin, sosial obyektlərin tikintisini yoxladı, infrastruktur layihələrinin icrası ilə bağlı göstərişlər verdi. Bu səfərlər bir liderin həm memar, həm də bərpaçı missiyasını daşıdığını nümayiş etdirdi. Bu gün Ağdam təkcə azad edilmiş bir şəhər deyil, milli qürurun, dövlət gücünün, lider iradəsinin rəmzidir. Ağdamın dirçəlişində dövlətin strateji baxışının, xalqın səbrinin və milli həmrəyliyin birləşməsi görünür. Ağdam – artıq Qafqazın Xirosiması deyil, Azərbaycanın dirçəliş simvolu, Qarabağın ürəyi, millət yaddaşının əbədi nişanəsidir.


Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.
 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Ağdamın dirçəldilməsi həm gələcək nəsillər üçün əhəmiyyətli bir irs, həm də Azərbaycanın mədəni və mənəvi gücünü nümayiş etdirir

    Ağdamın dirçəldilməsi həm gələcək nəsillər üçün ...

    14-11-2025, 14:37

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Dağıntılardan dirçəlişə aparan şanlı yol

    Dağıntılardan dirçəlişə aparan şanlı yol ...

    19-11-2025, 16:19

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.