• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Göydəniz Qəhrəmanov: “Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi və xalqın seçimi idi”

  

Göydəniz Qəhrəmanov: “Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi və xalqın seçimi idi”

Tarix : 21-11-2025, 15:38 Kateqoriya :---

Göydəniz Qəhrəmanov: “Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi və xalqın seçimi idi”

“Azərbaycanın müasir siyasi tarixində elə bir hadisə yoxdur ki, onun arxasında Ulu Öndər Heydər Əliyevin müdrik iradəsi və dövlətçilik təfəkkürü dayanmasın. 1990-cı illərin əvvəlləri ölkəmiz üçün ən mürəkkəb, ən təhlükəli bir dövr idi. Dövlətçiliyin təməlləri sarsılmış, cəmiyyət dərin böhran içərisində idi. Məhz belə bir zamanda Azərbaycanın gələcəyini düşünən, xalqın taleyinə biganə qalmayan ziyalılar ölkəni xilas edə biləcək yeni siyasi qüvvənin yaranmasına ehtiyac duydu. 1992-ci ilin payızında sonradan “91-lər” kimi tarixə düşən məşhur ziyalılar qrupunun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlandı. Onlar xalqın istəklərini ifadə edərək, Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş etdilər. Ulu Öndər bu müraciətə verdiyi cavabında vurğuladı ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur və bu, ölkənin gələcək inkişafı naminə atılmış ən mühüm addım olacaq.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat fikirlərini davam etdirərək vurğulayıb ki, 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı Azərbaycan tarixində dönüş nöqtəsi oldu: “Ölkənin bütün bölgələrindən gəlmiş 550 nümayəndə xalqın iradəsini ifadə edərək, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında tarixi qərar qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da dövlətçiliyin xilası, milli həmrəyliyin bərpası və müstəqil Azərbaycanın gələcək inkişafı üçün yeni siyasi mərhələ başlandı. YAP ilk gündən demokratiya, qanunun aliliyi, dövlətçilik və milli maraqlar prinsiplərinə əsaslandı. Heydər Əliyevin liderliyi ilə bu partiya qısa müddətdə ölkədə ictimai sabitliyin təmin olunmasında, siyasi sistemin formalaşmasında və dövlətin idarəçiliyində həlledici rola malik oldu. O, təkcə siyasi təşkilat deyil, həm də milli ruhun, dövlətçilik ideyasının daşıyıcısı kimi fəaliyyət göstərdi. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsinin layiqli davamçısı kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsindədir. 2005-ci ildən etibarən Prezident İlham Əliyevin partiyaya rəhbərlik etməsi ilə YAP təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük və ən nüfuzlu siyasi təşkilatına çevrilib. Bu illər ərzində partiya dövlətin iqtisadi, sosial və humanitar sahələrdə apardığı islahatların aparıcı qüvvəsi kimi çıxış edib. 2021-ci ildə keçirilən VII qurultayda qəbul edilən qərarlar YAP-ın müasir çağırışlara uğurnla fəaliyyət göstərdiyini, cəmiyyətin bütün təbəqələrini birləşdirən ideoloji dayağa çevrildiyini göstərdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün öz real təsdiqini tapır. Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın uğurlarının, sabitliyinin və inkişafının başlıca təminatçısı kimi fəaliyyətini qətiyyətlə davam etdirir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir

    Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası ...

    18-11-2025, 10:22

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.