• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi

  

Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi

Tarix : 21-11-2025, 14:46 Kateqoriya :---

Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır

1992-ci ilin noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Yenicə müstəqillik qazanmış dövlətimiz üçün Yeni Azərbaycan Partiyasının yaranması dönüş nöqtəsi oldu.Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirərək özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltmişdir.


2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edir.Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə sahibdir. YAP istər Avropa, istərsə də Şərq ölkələri istiqamətində geniş, şaxələnmiş əlaqələr qurub, beynəlxalq partiya təşkilatlarında təmsil olunur, onların keçirdiyi tədbirlərdə yaxından iştirak edir.YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur.Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq iki dost ölkənin əlaqələrinin inkişafında mühüm rol oynayır.


Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi və Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınır.


 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

    YAP dünənin, bu günün və gələcəyin partiyasıdır ...

    19-11-2025, 13:03

  • Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir

    Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası ...

    18-11-2025, 10:22

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Məsuliyyətli addım və doğru qərar

    Məsuliyyətli addım və doğru qərar ...

    19-11-2025, 12:57



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.