• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kəlbəcərdə böyük sürətlə quruculuq-bərpa prosesi davam edir

  

Kəlbəcərdə böyük sürətlə quruculuq-bərpa prosesi davam edir

Tarix : 20-11-2025, 12:12 Kateqoriya :---

Kəlbəcərdə böyük sürətlə quruculuq-bərpa prosesi davam edir

Möhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəmcamına əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Məhz bu tarixdə erməni silahlı birləşmələrinin Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməyə məcbur edilməsindən üç il ötür. Artıq üçüncü ildir ki, Kəlbəcər düşmən tapdağından birdəfəlik azaddır.
Məlum olduğu kimi Kəlbəcər mürəkkəb coğrafi relyefə malik bir ərazi olduğu üçün qış dövründə burada hansısa hərbi əməliyyat faktiki mümkünsüzdür. Əlbəttə, Ordumuzun qələbəsinə şübhəmiz yox idi, lakin o da aydın idi ki, Kəlbəcər minlərlə şəhidin həyatı bahasına azad olunacaqdı. Bu mənada, hərbi əhəmiyyətli yüksəkliklərdə 30 il ərzində möhkəmlənmiş Ermənistanı bir güllə atılmadan, kapitulyasiya şərti kimi Kəlbəcərdən çıxmağa məcbur etməklə, Prezident İlham Əliyev dünya hərb tarixində müstəsna bir səhifə açmış oldu. Onun hərbi və diplomatik müstəvidə çevik və sərrast addımları faktiki olaraq İrəvanı bütün imkanlardan məhrum etdi.
İki il öncə Xankəndidə Zəfər Günü münasibətilə keçirilən hərbi paradda cənab Prezidentin dediyi kimi, “44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik”.
Ümumiyyətlə, Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi. Cənab İlham Əliyev açıq şəkildə Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə hesab edirdi. Çünki Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Sovet dövründə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Bu mənada, Kəlbəcərdə Azərbaycanın nəzarətinin bərpa olunması, həm də beynəlxalq hüquqla tanınan ərazilərimizdə separat meyillərin və terrorçuların gələcək taleyini köklü həll edən strateji əhəmiyyətə malik siyasi qələbədir.
Kəlbəcərdə böyük sürətlə quruculuq-bərpa prosesi davam edir. Kəlbəcərlilərin layiqli həyat şəraiti və qayıdışının təmini üçün dövlət bütün lazımi addımları atmaqdadır. Cənab İlham Əliyevin dediyi kimi, "biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".
Vətən müharibəsindən bir il öncə Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, ədalət kimin tərəfindədi.
Bakıxanov qəsəbəsi, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.