• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır

  

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır

Tarix : 20-11-2025, 11:52 Kateqoriya :---

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır.
Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı.
44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi.Lakin Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi.Nəhayət Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. 27 ildən artıq davam edən işğal başa çatdı, Kəlbəcər azad edildi.
Bu gün Azərbaycan hökuməti azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Artıq Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolu yenidən qurulmuşdur. Şuşa şəhərinə Füzulidən keçməklə yeni yol çəkilib. Ağdam və Kəlbəcər– Laçın istiqamətində də yolların bərpasına başlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir.
Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. İşğal zamanı ermənilər məhz belə bir strateji üstünlük əldə etdikdən sonra çox keçmədi ki, qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdilər. Odur ki, Kəlbəcər kimi belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Cənab Prezident İlham Əliyev də öz çıxışlarında Kəlbəcərin strateji əhəmiyyəti haqqında danışarkən bildirmişdi ki, Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.
Hazırda Kəlbəcər rayonu günü-gündən abadlaşır, inkişaf edir.
Biz bu qalibiyyəti başda İlham Əliyevin güclü siyasətinə,şəhidlərimizə,qazilərimizə və onların ailələrinə borcluyuq. Kəlbəcər bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır !
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı

    Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu ...

    23-10-2025, 12:00

  • Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən dirçəlişə uzanan yolda sürətlə irəliləyir "

    Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən ...

    19-11-2025, 11:33

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.