• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hazırda Kəlbəcər rayonu günü-gündən abadlaşır, inkişaf edir

  

Hazırda Kəlbəcər rayonu günü-gündən abadlaşır, inkişaf edir

Tarix : 20-11-2025, 11:51 Kateqoriya :---

Hazırda Kəlbəcər rayonu günü-gündən abadlaşır, inkişaf edir

Kəlbəcər rayonunun adı “çayların yuxarı axarında” mənasını verir. Sahəsi 1936 kvadrat km olan Kəlbəcər rayonu 1930-cu ildə yaradılıb. 1980-ci ildən isə şəhər statusu almışdır.
Kəlbəcər Azərbaycanın ən hündür dağ rayonudur.Rayonun 144 kəndi, 1şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Kəlbəcəri dünyaya tanıdan müalicəvi təsirə malik mineral su yataqları var.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb.511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb. Qalan sakinlər qarlı dağların arasından qaçmağa çalışmışlar. Beləliklə, yüzlərlə yaşlı,qadın və uşaqlar donaraq həlak olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev çıxışı zamanı bele demişdir: “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır və heç bir şübhə yoxdur ki,bir gün gələcək Kəlbəcər rayonu Erməni silahlı qüvvələrinin işğalından azad olunacaqdır.Soydaşlarımız öz yurdlarına geri qayıdacaqdır”. Bu cümlələr Ümumilli Liderimizin nə qədər uzaqgörən bir insan olduğunu bir daha sübut etdi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi əsgərlərimizin qəhrəmanlığı,tükənməz əzmkarlığı sayəsində qələbə ilə nəticələndi. Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi.Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.
Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.
İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Müharibə bir daha göstərdi kim kimdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün dünyaya göstərdi.

16 avqust 2021-ci ildə Prezident İlham Əliyev Kəlbəcər şəhərinə gələrək Azərbaycan bayrağını fəxrlə və böyük qürurla qaldırmışdır. Artıq bu gün Kəlbəcərin işğal tarixindən çox, onun azad olunması tarixi dillər əzbəridir. Bu günlər Azərbaycanın tarixinə şanlı və qızıl hərflərlə yazıldı. Gələcək nəsillər də Kəlbəcərin və digər rayonların işğaldan azad olunmasını, İkinci Qarabağ döyüşündə qazandığımız zəfəri həmişə fəxr hissiylə yada salacaq.

Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən dirçəlişə uzanan yolda sürətlə irəliləyir "

    Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən ...

    19-11-2025, 11:33

  • Kəlbəcər rayonu təbii ehtiyatlarla zəngindir

    Kəlbəcər rayonu təbii ehtiyatlarla zəngindir ...

    20-11-2025, 11:53

  • Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı

    Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu ...

    23-10-2025, 12:00

  • Eltun Süleymanov: "Kəlbəcər qədim izlərin və əbədi kimliyin torpağıdır"

    Eltun Süleymanov: "Kəlbəcər qədim izlərin və ...

    19-11-2025, 14:14



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.